depressiya

Yaz depressiyasından qurtulmaq üçün nə etməli? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 435

Parlaq günəşin aldadıcı şüaları altında daxildə qış yuxusuna getmiş hissləri, dərdləri oyadan, yaraları göynədən depressiyalardan biri də yaz depressiyasıdır. İndi sosial şəbəkələrdə belə yaz depressiyasından əziyyət çəkənlərin paylaşımlarını görmək olar. Tutqun havalarda daha sakit həyata adaptasiya olan vücudumuz yazın oynaq ritminə tab gətirmədikdə, buna hazır olmadıqda sarsıdıcı hala gəlir.

Psixoloq Ahmet Tuğrul Demirin bildirdiyinə görə, mövsüm dəyişikliyinin insanların ruh halına təsir etməsi düşüncəsinin insanlar arasında ortaq bir inanc halına gələn bir durum olduğunu söyləmək mümkündür: “İnsanların bəzisi günəşli günlərdə daha enerjili, daha xoşbəxt, özünü daha pozitiv hiss edərkən, bir çoxu da yağmurlu və qaranlıq günlərdə daha bədbin, istəksiz, yorğun olduğunu söyləyir. Baharın istiliyini hiss etdiyimiz bu günlərdə bəziləri sabahları yataqdan yorğun qalxar, bəzilərində isə istəksizlik halı bütün günü davam edir. Bəbdəxtlik, qəlbin sıxılması və bundan da sonra tam bir çökmək, tükənmək hissi yaşanır”.

Həmsöhbətimiz bildirir ki, bahar yorğunluğu olaraq başlayan bu ruh durumuna diqqət etmək lazımdır. Çünkü bu rahatsızlıq müalicə edilməsə, ciddi fəsadlara yol açır. “Yazla birlikdə bu mövsümdə havanın dəyişməsi, soyuq havalardan istiyə keçid ilə bərabər insan vücud orqanizmindəki istilik dəyərləri artaraq qanda da bir dəyişiklik olur. Təbiətdə hava nə qədər gözəl olursa-olsun, yataqdan qalxmaqda çətinlik çəkirik, çox yatdığımız, yuxumuzu aldığımız halda belə özümüzü yorğun hiss edirik. Çünki qışın şərtlərinə uyğunlaşan vücudumuz baharda havanın istiləşməsiylə birlikdə uyğunlaşma dönəminə girir və çaşqınlıq yaşayır. Ayrıca bədənin ehtiyaclarını və enerjisini idarə etmənin gətirdiyi bir hüzursuzluq da yaşana bilər. Bu sadalanan səbəblərə görə yazda ruh düşkünlüyünün artdığı insanlar olur”.

Onun dediyinə görə, xüsusilə, günəşin və isti havanın təsirinin başladığı dönəmlərdə yaz depressiyasının əlamətlərinin bioloji və psixoloji faktorlarla bağlı olaraq yarandığını görürük. Bir yandan günəş işığının artması ilə xoşbəxtlik harmonu deyilən və depressiyada önəmli rol oynayan serotoninin beyindəki miqdarının idarə edilməməsini müşahidə edirik, digər tərəfdən havanın soyuması və yağışların başlamasıyla insanlar evə qapanacağını və sosial həyatdan uzaqlaşacağını, fəal iş rejiminə təslim olacağını düşünərək əhvalsız ola bilər. “Bir qrup insanlarda yaşadığı dönəmdən asılı olaraq günəş pozitiv hisslər və fikirlər yaradırsa, digər qismdə isə yarasına duz səpmiş kimi reaksiya verir”.

Demirin sözlərinə görə, hava dəyişikliyi hormonal sistemə təsir etdiyindən vücudun yeniliklərə, dəyişikliklərə alışması və hormonal sistemin yenidən normaya düşməsi vaxt alacaq: “Xüsusilə də, qış aylarında daha hərəkətsiz bir dövr keçirdiyimiz üçün və bununla bağlı olaraq kilo aldığımıza görə yaz fəslində hərəkətli yaşam tərzinə uyğunlaşmada insan çətinlik yaşaya bilir. Bu nöqtədə insanın yetərsiz fiziki koordinasiyasını halsızlığın səbəblərindən biri olaraq göstəririk”.

Psixoloq məsləhət görür ki, yaz depressiyasından qurtulmaq üçün vücudun bioloji ritminin adaptasiya olmasının ən effektli yolu yuxudur: “Yaz fəslində erkən saatlarda yatıb səhər tezdən oyanmaq yorğunluq və stresi azaldacaq. Havaların istiləşməsiylə vücudun artan su ehtiyacını qarşılamaq üçün daha çox su içmək vacibdir. Hədsiz kafein, siqaret, spirtli içkilərdən uzaq duraraq təbiətin canlanması kimi bədənimizin də canlanmasına fürsət verməliyik.

Əhvalımıza, sağlamlığımıza müsbət təsir edən hormonların sayının artmasına çalışmalıyıq. Günəşin varlığından faydalanaraq günəşli günlərdə təmiz havada gəzintiyə çıxaraq mövsümü depressiyadan qurtula bilərik”.

Bununla yanaşı qidalanmaya fikir verməliyik. Bədənimizin ehtiyacı olduğu qida məhsullarını tələb olunan qədər qəbul etmək özümüzü daha rahat və sağlıqlı hiss etməyimizə xidmət edəcək.

Onun sözlərinə görə, ətrafımızda bədbəxtlik saçan və hər şeydən bezən insanlarla olmaqdan uzaq qaçmaq, daha canlı və xoşbəxt, pozitiv insanlarla zaman keçirmək özümüzü yaxşı hiss etməyə yardımçı olacaq: “Çünki psixoloji qaynağı olan duyğular viruslar kimi yoluxucu ola bilər. Təbiətdə daha çox vaxt keçirməyə çalışmaq, bizə dünyada yalnız canlı varlıq olmadığımızı xatırladan bitki və heyvanlarla vaxt keçirmək, mümkünsə onların qayğısına qalmaq depressiv duyğuların dağılmasına səbəb ola bilir. Nə yaşasaq da və ya gələcəklə bağlı nə qayğımız, dərdimiz olursa, olsun yaşadığımız ana odaklanaraq anın içindəki xoşbəxtlik nöqtələrini yakalamağa çalışmalıyıq. Bu baxış tərzi yalnız mövsümi bahar depressiyasından deyil, bir çox psixoloji köklü xəstəlikdən bizi qoruyan bir qalxan vəzifəsini yerinə yetirəcək”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir