bagca

Uşaqlar üçün bağça seçərkən nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 524

Uşaqların inkişafında bağçaların rolu əvəzolunmazdır. Bəs uşaqlarımızı hansı bağçaya əmanət edəcəyimizə necə qərar verək?  Uşaq inkişafı üzrə mütəxxəssislərin fikrinə əsaslanaraq, bağça seçərkən aşağıdakılara diqqət edilməyi məsləhət olunur:

bagca

Bağçada neçə uşaq var? Standartları nələrdir?
Bir çox yeri gəzib bunları öyrənməli ona görə qərar verməlisiniz. Orada bir neçə saat qalıb müşahidə edə bilsəz daha yaxşı olar. Beləliklə bağçayla əlaqədar daha dəqiq bir məlumat əldə edərsiniz. Uşağınızın nələrə ehtiyac duyacağını açıq şəkildə bağça rəhbərliyinə bildirin və bağçanın bu ehtiyaclara cavab verib verə bilməyəcəyini soruşun. Əgər uşağınız enerjili və hərəkətlidirsə həyətdə geniş oyun sahəsinin olub-olmamasına diqqət edin.

Uşaq bağçaları qum, su və xəyal gücü fəaliyyətləri, xarici məkan oyunları, yemək bişirmə və yaradıcı oyunlar kimi bənzər fəaliyyətlər təqdim edirlər. Beləcə uşağınız ictimai bacarıqlarının inkişafı üçün baza rolunu oyanayan, digər uşaqlarla oynama, ünsiyyət qurma fürsəti tapır. Övladınız üçün hansı məkəbəqədər müəssisənin daha yaxşı olacağına dair hər hansı bir qərar verməzdən əvvəl ona ilkin həyatı bacarıqları özünüz öyrətməyə çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir