metbex

Mətbəxdə təhlükəsizlik qaydaları

Baxış sayı: 2. 703

“Gencaile.az” gün ərzində mətbəxdə saatlarla vaxt keçirən xanımlar üçün “Mətbəxdə təhlükəsizlik qaydaları”nı təqdim edir.

 

Yemək hazırlanan zaman
1. Ocaq üzərində olan qazan və ya tavanı yaş parça və ya dəsmalla tutmayın. Çünki yaş dəsmal istini daha tez keçirir.
2. Ocağın üstünə yağ sıçratmamağa çalışın. Yağ asanlıqla alışdığı üçün yanğın təhlükəsi yarana bilər.Yanan yağın üzərinə heç vaxt su atmayın. Yanan yağın üzərinə yaş dəsmal atın.
3. Qazanın və ya tavanın qapağını yavaşca və üzünüzdən uzaq açın. Buxar üzünüzü və əlinizi yandıra bilər.
4. Əlinizdə qaynar bir şey daşıdığınız zaman tez-tez yüksək səslə “Əlimdə qaynar şey var, ehtiyatlı olun” deyə evdəkilərə xəbərdarlıq edin.
5. Qaynar yeməkləri ocaqdan çay dəsmalı ilə götürməyin. Hər an alışıb yanmaq təhlükəsi var.
6. Qaynar yemək qablarını ağzına kimi doldurmayın.
7. Tavaların uzun qulplarını ocaq üzərində saxlamayın. Həmçinin özünüzə tərəf qoymayın, çünkü hər an dəyib aşıra bilərsiniz.
8. Ağır qazan və ya su bidonu qaldırdığınız zaman kömək istəyin. Köməyiniz yoxdursa, gücü ayaqlarınıza verin, belinizə yox.
9. Qazı açmadan əvvəl kibriti yandırın. Qaz sobalarını yandırmazdan əvvəl qapısını açıb havalandırın ki,soba içində yığılmış qaz çölə çıxsın.
10. Qaynar yağ içərisinə ərzaq atarkən üzünüzdən uzaq, sürüşdürərək qabın içinə qoymağa çalışın.

 

Mətbəxdə bıçaqla  davranış
1. Əlinizdən düşən bıçağı heç vaxt göydə tutmağa çalışmayın. Bıçaq düşərkən geriyə sıçrayıb üstünüzə gəlməsinə mane olun.
2. Bıçaq apardığınız zaman iti ucunu daima yerə tərəf tutun.
3. Meyvə-tərəvəz soyduğunuz zaman bıçağı bədəninizdən uzaq tutmağa çalışın.
4. Bıçağı heç vaxt isti şampunlu suda saxlamayın.Taxta saplaqlı bıçaqlarda çatlar əmələ gələ bilər. Şampunlu suya heç vaxt əlinizi salıb bıçaq axtarmayın.
5. Əlinizdə bıçaq varsa, arxa tərəfdən səs eşitdiyiniz zaman qəfil geri dönməyin.
6. Ərzaqları əlinizdə bıçaqla xırdalamağa çalışmayın. Mütləq kəsmə taxtasından istifadə edin.
7. Yuduğunuz bıçağı silərkən kəskin tərəfini bədəninizdən uzaq tutun.
8. Daim iti bıçaqdan istifadə edin, çünki küt bıçağın sürüşmə təhlükəsi daha çoxdur.Unutmayın ki, bıçaq nə qədər küt olsa da, insan dərisini kəsə bilir.
9. Balon və ya butulka qapağını açarkən qəti bıçaqdan istifadə etməyin.
10. Bıçağı həmişə sapından tutun. Əliniz yağlı və ya sürüşkən olduğunda bıçaqla kəsməyə çalışmayın.

 

Mətbəx cihazları ilə davranış
1. Elektrikli cihazlardan istifadə edərkən üzük, qol saatı, boğazınıza yaylıq taxmayın.
2. Elektrikli cihazla işiniz bitdiyi zaman dərhal onu tokdan ayırın.
3. Bütün hissələri yerində olduğuna əminsinizsə elektrikli cihazı işə salın.
4. Kəsici (tyorka ) istifadə edərkən tələsməyin və barmaqlarınızı uzaq tutun.
5. Elektrikli cihaz işlədərkən yaş yerdə durmayın.

 

Mətbəxdə geyim
1. Mətbəxdə sürüşməyən ayaqqabı geyinməyə çalışın əgər yerdə xalça və ya döşəməlik heç nə yoxdursa.
2. Uzun qollu geyərsəniz qollarınızın yanmasının qarşısını ala bilərsiz.
3. Gen-bol geyimlər mətbəxdə bir şeylərə toxunub yerə salmaq ehtimalını artırır.
4. Önlük taxmısınısa, iplərini yaxşıca bağladığınıza əmin olun.
5. Bıçaqla doğrama və ya kəsmə zamanı əlcək geyərsəniz əllərinizi qorumuş olarsınız.

 

Mətbəxdə döşəmə
1. Qazan, tava və ya mətbəx alətlərini yerə qoymayın.
2. Döşəməyə bir şey tökülərsə dərhal təmizləyin.
3. Mətbəxdə qaçmaq olmaz.
4.Kauçuk ayaqaltılarından istifadə edirsinizsə, günlük təmizləyin və xarab olduqlarında dərhal yenisi ilə əvəz edin.

Döşəməyə qaşıq və ya çəngəl düşdüyü zaman onları “qonaq gəlməsin” deyə tez əyilib götürdüyünüz kimi, yuxarıda sadalanan təhlükəsizlik qaydalarına eləcə ciddi riayət edin. Həm özünüzün, həm də ailənizin təhlükəsizliyi üçün, əziz xanımlar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir