Analarımız körpəni çimdirmək barədə ilk vaxtlar narahatçılıq keçirirlər. “Suyun və otağın istiliyi uyğundurmu?” , “Necə bir şampun seçməliyik”, “ Körpəni neçə dəqiqə yuyundurmaq olar?” kimi suallarla ana körpəni çimdirən zaman balaca ilə lazım olduğu kimi rahat davrana bilmir. Bu isə körpənin ilk hamamını gərgin hala salır.
Hamamın istiliyi və körpənin çimdirilmə müddəti nə qədər olmalıdır?
İlk öncə bunu bilməniz lazımdır ki, körpələr özlərinə ana bətnindəki mühiti xatırladan sudan xoşlanırlar. Ancaq körpələrin dərilərində hələ kifayət qədər qoruyucu yağ təbəqəsi yaranmadığı üçün onlar çox tez üşüyürlər. Bu baxımdan suyun istiliyinə diqqət yetirmək lazımdır. Suyun istiliyinin 36 dərəcə, otağın istiliyinin isə dərəcə olması məsləhət görülür. Hamam müddətinin isə 5-6 dəqiqə olması kafi hesab edilir. Körpəmiz bir az böyüdükdən sonra çimmək müddətini artıra bilərsiniz.
Ləyənlərdə yuyundurulan körpələr, yarıoturaq bir vəziyyətdə olur və sürüşmə riskləri olmur. Bu cür ləyənlər, analara, körpələrini daha rahat yuma imkanını təqdim edir. Körpənin hələ oturmadığı dövrdə duş zənbili analar üçün böyük asanlıq təmin edir.
Bu portativ ləyən körpənizi istədiyiniz mühitdə rahatlıqla yumanıza kömək edəcək.
Necə bir şampun istifadə edilməlidir?
Yeni doğulan körpələrin göz yaşı ifrazatları kifayət qədər inkişaf etmədiyi üçün göz yandırmayan şampun istifadə etmək lazımdır. Körpənizin duş zamanı üşüməməsi üçün saç və bədən şampunu bir yerdə olan məhsulları seçməniz də sizin üçün faydalı olacaq.
Hamam, körpənizdə masaj təsiri yaradaraq onu rahatlaşdırır. Rahatlayan və daha dinc olan körpə isə daha rahat yatır. Böyümə hormonu yuxuda təmin edildiyi üçün duş körpələrin bilvasitə olaraq böyüməsinə də kömək edir. Buna görə olduqca sıx,mümkünsə hər gün duş qəbul etdirməniz körpəniz üçün son dərəcə faydalıdır.
Yuyunmadan əvvəl
Körpənizi yumadan əvvəl diqqət yetirməniz lazım olan bəzi məqamlar var. Yuyunmazdan əvvəl etməniz lazım olan hazırlıqlar:
* Körpənizi mütləq qarını ac ikən ya da əmizdirmədən ən azı 1,5 saat sonra yuyun. Çünki körpəni tox qarınla yuduğunuzda mədəsinə təzyiq edib qusmasına səbəb ola bilərsiniz.
* Soyuq suyu, isti suya qataraq qarışdırın. Suyun istiliyinə dirsəyinizlə nəzarət edin.
* İstifadə edəcəyiniz məhsulları əvvəlcədən hazır tutun.
* Ləyənin içinə mütləq bir dəsmal ya da ləyən zənbili qoyaraq körpənizin sərt zəminlə təmas etməsini əngəlləyin.
Yuyunarkən
* Yuma əməliyyatına bədənindən başlayın. Başını ən sonda yuyun. Çünki körpələr istiliyi ən tez başlarından itirərlər.
* Başını yuyarkən üzüüstə olmasına və qulaqlarına su keçməməsinə diqqət yetirin.
* Duş zamanı yanınızda bir köməkçi olması daha yaxşı olar. Biriniz körpəni tutarkən digəri yuyundursa bu sizin üçün daha az stressli olacaq.
Yuyunduqdan sonra
* Qurulamaq üçün mütləq 2 dəsmal saxlayın. İlk dəsmal ilə körpənin bədənini quruladıqdan sonra körpənizi geyindirənə qədər ikinci dəsmal ilə sarılı vəziyyətdə saxlayın. Çünki bədənindəki suyu həmin yaş dəsmal körpənizin üşüməsinə və sürətlə istilik itirməsinə səbəb olur.
* Geyindirməzdən əvvəl körpənizə körpə yağı köməyi ilə masaj edərək həm körpənizin inkişafına kömək edin həm də aranızdakı bağı gücləndirin.