Mehmet Oz

Xəstəliklərdən reseptsiz qurtulun! – HƏKİM YAZIR

Baxış sayı: 1. 376

Bəzən ev şəraitində müalicə bizi daha yaxşı edə bilər, nəinki hansısa dərman və ya iynə. Miqrendən tutmuş dərinizi necə təmizləməyə qədər bir çox problemi asanlıqla dəf edə bilərmişik. “Gencaile.az” türk əsilli amerikan cərrah Mehmet Özün müvafiq məsələ ilə bağlı yazısını təqdim edir:

 

Miqren

Tez-tez baş ağrılarınız olursa, həm asan, həm də ucuz bir məsləhətə əməl edin. Bir neçə damcı nanə cövhəri gicgahlarınıza sürtərək 15-30 dəqiqə ovun. Nanənin antiiltihabi xüsusiyyətləri əsəblərinizi sakitləşdirəcək.

 

Şişkinlik

Zəncirotu çayı bədəninizdə olan artıq suyun atılmasına kömək edən sidikqovucudur. Şişkinliyin digər səbəbi olan yağlı yeməklərin parçalanması üçün ödü də fəallaşdırır. Gündə bir stəkan zəncirotu çayı çox xeyir verə bilər.

 

Bel ağrısı

Bel ağrılarınızı nanə-buz masaji ilə yox edə bilərsiniz. Bir plastmas stəkanın içini su ilə doldurub iki damla nanə cövhər əlavə edin. Sonra onu soyuducuya qoyub dondurun.  Stəkanı kəsib donmuş buzlu nanəni çıxarın və yaxınınızda olan adamdan onu belinizə masaj etməyi xahiş edin.

 

Boğaz ağrısı

Mətbəxinizdəki meyvə-tərəvəzdən istifadə edərək boğaz ağrısı və ya öskürək üçün sirop hazırlaya bilərsiniz.  1/4 çay qaşığı toz qırmızı-acı bibər, bir çay qaşığı alma sirkəsi, iki yemək qaşığı su və bir yemək qaşığı balı qarışdırıb için.

 

Donma baş ağrısı

Beyin donması da deyilən, soyuq bir şey yeyəndə əmələ gələn donma baş ağrısı vaxtı dilinizi damağınıza yerləşdirin. Dilinizin verdiyi istilik sinirləri yumşaldacaq və ağrını daha tez azaldacaq.

 

Yuxu problemi

Albalı suyu yaxşı yuxu almağa kömək edən təbii melatoninlə (yuxu gətirici hormon) zəngindir. Hər gecə bir stəkan içsəniz, kifayətdir.

 

Parlaq dəri

Dərisinin parlaq olmağını kim istəməz? Onda soyuducunuzda mayonezi bol edin! Soya yağlı mayonez dərinizin elastikliyini geri qaytarmağa kömək edir. Dərinizin parlaq və yumşaq olmağı üçün bol-bol istifadə edə bilərsiniz.

 

Əzələ ağrıları

Pendirin iltihabı azaldan və əzələ ağrılarını yüngülləşdirən müalicəvi effekti var. Qulağa xoş gəlməsə də, qıç əzələləri və ya baldır ağrılarınız olanda üstünə pendir qoyun. Sizi çox təəccübləndirəcək!

 

Haçalanmış saçlar

Zeytun yağının “möcüzə”lərini saymaqla bitməz. O, elektriklənmiş saçları yatızdırır və parlaqlıq verir. Saçlarınızı zeytun yağı ilə bir az ovuşdurun və sellofan papaq taxaraq 10 dəqiqə saxlayın. Sonra yaxşıca durulayın və parlaqlıqdan zövq alın.

 

Azı da, çoxu da zərər – Kalsi

Kalsium bədənimiz üçün çox lazımlı maddələrdən biridir. Təkcə sümükləri bərkitmir, eyni zamanda əzələ dartılması, damar daralması və genişlənməsi, hormon istehsalı və əsəb sistemi funksiyalarında da vacib rolu var.

Əgər qidalanma ilə yetəri qədər kalsi almasanız, bədən sümüklərdən o kalsini “oğurlamağa” başlayır. Bu da sümükləri zədələyir və sümük əriməsi riskini artırır.

Kalsi ilə zənginləşdirilmiş qida və içkilər marketlərdə var. Ancaq bəzi insanların lazım olduğundan daha çox kalsi aldığı hallar ola bilər. Araşdırmalar göstərir ki, kalsi çoxluğu ürək problemləri riskini artırır.

Amerika Tibb İnstitutu (IOM) 19 yaş və böyük gənclərə gündə 1000 mg kalsi almağı məsləhət görür. Bu yaş qrupu insanlar üçün maksimum limit 2000-2500 mg-dır.

Unutmamaq lazımdır ki, qidalardakı kalsi bədəndə daha tez əmilir. Kalsium qaynağı olan qidalar arasında qatıq, yoqurt, kələm, konserv edilmiş qızıl balıq və quru lobya var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir