heyvan

Müharibədə silaha çevrilən heyvanlar: Yandırılan meymunlar, siçan bombalar… – FOTOLAR

Baxış sayı: 1. 830

Müharibədə ən az insanlar qədər heyvanlar da zərər görür. Bir hissəsi müharibə zamanı bomba daşıyaraq partladılıb ölür, bir hissəsi isə atışma sırasında gülləyə tuş gəlir. Tarixboyu davam edən bu vəziyyət hələ də aktualdır.

Tarixin tükürpədici kütləvi heyvan qətliamı ilə bağlı faktları təqdim edirik. Hər iki dünya müharibəsi zamanı itlər almanların tanklarını partlatmaq üçün istifadə edilib.

İtlər körpə vaxtından tankların içində və ətrafında böyüdülüb tanklara öyrəşdirilidi. İtlər böyüdükdən sonra yeməkdən məhrum edilib, üzərlərinə bomba bağlanaraq, döyüş bölgələrində tərk edilirdi.

Nəticədə itlər düşmən tanklarını görüncə yemək üçün tanklara yaxınlaşırdı. Və beləcə düşmən tankları məhv edilə bilirdi. Bu üsul dəvə və eşşəklərdə də istifadə olunub.

Siçan bombalar isə ikinci dünya müharibəsi zamanı İngiltərənin xüsusi təyinatlı qüvvələri tərəfindən Almaniyaya qarşı istifadə etmək üçün hazırlanıb. Siçanların gövdələrinə plastik partlayıcılar yerləşdirilirdi. Və düşmənin qazanxanalarına yola salınırdı. Siçanların yandırılacağı zaman partlayacağını hesablayan ingilislərin bu arzusu çin olmayıb.

Картинки по запросу ww2 rats

Hazırda dünyada partlayışlar üçün eşşəklərdən istifadə olunur. Eşşəklərə yüklü miqdarda bomba yüklənir. Hədəfə çatdığı zaman partladılır. Bu üsuldan indiki zamanlarda Yaxın Şərqdə istifadə olunur. 2014-cü il iyulun 19-da Həmas üzvləri Qəzzadakı İsrail əsgərlərinə eşşək yüklü bomba ilə hücum etmişdi.

Картинки по запросу donkey ied

Zhao Yu tərəfindən idarə olunan Çin İmperatorluq ordusunda meymunlardan yanğın cihazları olaraq istifadə edilirdi. Meymunları samana bələyib üzərlərinə yağ tökərək yandırıb düşmən düşərgələrinə atırdılar. Beləliklə bütün düşərgəni yanğına bürüyürdülər.

Картинки по запросу китайские обезьяны

1267-ci ildə İngiltərənin Esseks şerifini Londona bomba daşıyan xoruzları aparmaq üçün plan cızdığını iddia edib həbs etmişdilər.

1267'de İngiltere'nin Essex şerifi, Londra'ya bomba taşıyan horozları bırakmak için plan yapmakla suçlanmış.

Delfinlər isə casus olaraq istifadə edilirdi. Bunu bilən bəzi düşmən əsgərləri gördükləri hər delfini öldürürdülər. Delfinlərə kameralar yerləşdirilərək düşmənin dəniz qüvvələri haqqında məlumatlar toplamaq mümkün olurdu.

Картинки по запросу боевые дельфины

Heyvanlardan yeni ixtira edilmiş silahları test etmək üçün də istifadə olunurdu. Hazırda dünyada bu üsuldan hələ də istifadə olunur.

Savaşlar çox təəssüf ki, dünyada çox sayda heyvana ölüm və acı yaşadır. Heyvan olsalar belə, onlar da bir canlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir