ABŞ-da aparılan bir araşdırma 20-25 yaşlarında ata olan kişilərdə ilk 5 il ərzində depressiya riskinin 68 faiz olduğunu ortaya çıxarıb.
Araşdırmaya bu yaşlarda olan 10 min kişi qatılıb. Araşdırma zamanı doğuşdan sonra ilk 5 il kişilərdə depressiya riskinin 68 faiz olduğu müəyyən olunub.
Mütəxəssislər özəlliklə ilk 5 ilin valideynlə uşağın bağlılığı baxımından əhəmiyyətli olduğunu, ancaq atalarda yaşanan bu depressiyanın uşaqlara mənfi təsir göstərdiyini bildirib.
Subalığı üçün darıxan və bu səbəbdən də depressiyaya düşən ataların körpələrinə laqeyd yanaşması uşaqlarda müəyyən davranış problemlərinə yol aça bilər.
Qadınların 10, kişilərin isə 4-5 faizinin doğuşdan sonra depressiyadan əziyyət çəkdiyi təxmin edilir.