Günəşi arzulayan Bakı sakinlərinə martın dərd çəkdirməsi azmış kimi aprel də bixəbər olduğumuz günahlarımızdan dolayı küləkli və yağışlı şıltaq havası ilə bizi cəzalandırmağa davam edir. Lakin bu amil yaz-yay tendensiyaları ilə tanışlığa mane olmamalıdır. İstehzalı Bakı baharı sakinlərinə xoş hava bəxş etməsə də, biz şiddətli şaxtalarda haqqında daha çox düşünmək istəmir və hər şeyə rəğmən modapərəstləri mövsüm trendləriylə tanış edirik.
Yazın soyuğundan qəfil isti havalara düşüb geyim seçimində baş sındırmaq istəmirsinizsə, “Gencaile.az”–ın “Publika.az”-a istinadən modapərəst oxucular üçün təqdim etdiyi dəb proqnozunu nəzərdən keçirin.
Müasir dəb hansı qaydaları diktə edir?
Yaz əhval-ruhiyyəsinə köklənmək üçün ilk növbədə alış-verişə gedin. Mağazaların vitrinlərindəki al-əlvan rəngləri və açıq çalarları yalnız göy qurşağı ilə müqayisə etmək olar. İkincisi isə trendlərlə ayaqlaşan zaman ölçünü hissi itirməyin, çünki bəziləri tendensiyalar sırf diqqət cəlb etmək üçün yaradılıb, digərləri isə öz üslubunuzu vurğulamaq üçün gözəl ideya bilər.
Asimmetrik kəsimlər
Bu ilin əsas tendensiyalardan biri dekonstruksiya olacaq. Ötən il də xeyli uyğunsuz kəsimlər aktual idi, onlar hətta soyuq havaların gəlişi ilə mağazalardan itmədi. Odur ki, 2017-ci ildə qeyri-adi kəsimdə olan bir geyim seçmək mütləqdir. Sanki qeyri-peşəkar dərzi əlinə keçmiş bol və asimetrik kəsimli köynəklər, paltarlar və digər əşyalar yaz qarderobunun gözəl bazası olacaq.
80-cı illər
Yaz-yay mövsümündə 80-ci illərin orijinal, şıq və parıltı fasonları yenidən dəbə minəcək. Əgər moda tarixinə baş vursaq, görərik ki, o illərin bütün dəbli geyimləri həmcli olmağa doğru can atırdı. Ötən əsrin böyük çiyin dəbi, nəhəng bəzək əşyaları və metal parıltısı mövsümün ən vəhşi və kobud tendensiyaları olacaq.
Çəhrayı
Baharın digər əsas tendensiyası çəhrayı rəngdir. Çəhrayı artıq neçə ildir ki, yaz-yay mövsümünün aktual trendi olaraq qalır. Çəhrayı detallar obrazınızı çox dəbli göstərəcək. Məsələn, sadəcə çəhrayı çanta geyimi daha yaddaqalan etməyə qadirdir.
Ümumiyyətlə, çəhrayının küpə çiçəyi rəngindən tutmuş, zərif tonlarına qədər bütün çalarları geyimlərdə təzahür edəcək.
Çəhrayı ilə qırmızının rəqsi
Əvvəllər birləşdirilməsi qadağan olan çəhrayı və qırmızının vəhdəti indi kifayət qədər aktualdır. Çəhrayının zəngin tonlarını şəhvətli qırmızı ilə birləşdirin və mövsümün parlayan ulduzu siz olun.
Zolaqlar
Əgər həyatda qara zolağı düşmüsünüzsə, dizaynerlər bizə narahat olmamağı məsləhət görür. Onun ardınca mütləq ağ, göy, qırmızı zolaq başlayacaq. Qısası, 2017-ci ilin tendensiyaları arasında zolaqlı geyimlər də özünəməxsus yer tutur. O, demək olar ki, hər yerdə qarşımıza çıxır, hətta təkcə yay sarafanlarını deyil, hətta axşam paltarları və kombinezonlarda da öz əksini tapıb. Zolaqarın şaquli, üfüqi, geniş və ya dar olmasının fərqi yoxdur.
Gül-çiçək printləri
Gül printləri də bahar tendensiayaları arasında xüsusi yer tutur. Onlar ən müxtəlif variasiyalarda təqdim olunub: Kiçik çöl çiçəkləri, iri günəbaxan təsvirləri, qızılgül, qərənfil və s. Çiçəklər ağ fonda xüsusilə gözəl görünür. Həmçinin krujeva üzərində işlənmiş gül naxışları da dəbli tendensiya sayılır.
İdman tərzi
Bu mövsüm də idman üslubunun elementləri olmadan ötüşməyəcək. Bu gün dizaynerlər adi gündəlik və klassik geyimləri idman tərzi ilə uzlaşdırmağı təklif edirlər.
Hündürbel
Hündürbel geyimlər inanılmaz dərəcədə populyarlıq qazanıb. İstər yubka, istər cins şalvar, istərsə də şortların hündürbel versiyası sayəsində məfis obrazlar yarada bilərsiniz.
Açıq çiyinlər
Çiyin dekoltesi özünüz haqqında ədəbsiz rəy yaratmadan cəlbedici görünməyin ən effektli yoludur. Bir çox dizaynerlərin fikrincə, çılpaq çiyinlər dərin dekoltedən daha cəlbedicidir. Bu tendensiya demək olar ki, bütün geyim variantlarda rastımıza çıxır: bluz, don, köynək, saroşka, hətta bleyzerə qədər.
Dizaynerlərin bəzisi çiyin dekoltesindən fərqli formada istifadə etməyi təklif edir. Bəziləri çiyinləri tamamilə açıq saxlayıb, bəziləri volan elementindən istifadə edib, başqaları qollarda kiçik dekolte təqbiq edib. Digərləri isə asimmetrik eksperimentlər aparıb və ya çiyinlərində cəzbedici bəzəklər vurub.
Məğlubolmaz mavi ilə narıncının gücü
Mavi ilə parlaq narıncının vəhdəti darıxdırıcı olmayan obraz yaratmçaq üçün gözəl fikir ola bilər. Odur ki, mavi ilə soyuq boz və çəhrayının birləşməsindən bir az kənara çıxıb cəsarətli eksperimentlərə yönəlin. Narıncı ilə tünd göyü də uyğunlaşdırmaq olar.
Kostyum
Klassik kişi kostyumları artıq bir neçə ildir ki, qadın trendləri arasında liderlik edir. Onlar son iki mövsümdə modapərəstlərin qarderobunda öz yerini xeyli möhkəmlədib. Yaz üçün yumşaq və açıq rəngləri təklif olunub. Qeyri-adi variantlar da gözə dəyəcək. Məsələn, həddən artıq yüksək və ya böyük çiyinlərini olan bol kəsimli modellər və s.
Kombinezon
Müasir qızlar qarderoblarını kombinezonlar olmadan təsərr edə bilmir. Bu mövsüm uzunqollu variantlar dəbdədir. Ancaq kombinezonun qısaqollu və ya qolsuz olması sizin seçiminizdən asılıdır.
Şalvar, ətək və bluzdan ibarət dəst yaratmağa vaxt olmayanda kombinezon xüsusilə köməyə gəlir. Üstəlik, müasir modelləri tipik işçi uniforması kimi görünmür, hətta axşam geyimləriylə yarışa bilər. Yalnız dekorasiya və digər bəzəkləri olmayan kombinezonları ofisdə geymək olar. İşgüzar obraz üçün daha mühafizəkar fasonlar seçin.
Xallar
Xalların ağ və ya qırmızı olması vacib deyil, amma mütləq qara fonda olmalıdır.
Kepka
Papaqlar və kepkalar heç vaxt dəbdən düşməyib, amma əgər əvvəllər onları əsasən idman əşyaları ilə taxırdılarsa, indi daha ciddi geyimlərlə uzlaşmaqdırmaq lazımdır. Məsələn, “Chanel”-in dəfiləsində tvid pencək geyinən modellərin obrazını kepkalar tamamlamışdı. “Elie Saab” isə parlaq axşam geyimlərini beybzbol papaqları ilə birlikdə təqdim etmişdi.
Dama
Damalar öz aktuallığını heç vaxt itirmir, sadəcə mövsümdən asılı olaraq rəngləri və prioritetləri dəyişir. Bu yaz dizaynerlər ənənəvi şotlandiyalıya və qaz ayağı təsvirləri barədə unutmağı və ikirəngli qəfəslərə diqqət yetirməyi təklif edir. Olar daha zərif və romantikdir, dəb mütəxəssislərinin fikrincə, damalar paltarlarda və qısa toplarda daha yaxşı görünür. Dizaynerlər ikirəngli klassik kombindən imtina etməyə tələsmir, həm də müxtəlif rəngli damalı geyimləri uzlaşdırmağın əleyhinə deyil.
Büzmələr
Uniseks (həm qadın, həm də kişi qarderobuna aid olan geyim) geyimlərdən yorulan dizaynerlər bu yay volan və büzmələrin köməyi ilə qadın zərifliyini ön plana çəkmək qərarına gəlib. Hətta Karl Lagerfeld və Corc Armani kimi minimalizm və futurizm həvəskarları da öz kolleksiyalarında bəzək olaraq büzmə elementlərindən istifadə edib. Romantika son həddindədir: Büzmə haşiyələr və volanlar 2017-ci ilin yaz-yay kolleksiyalarının böyük yarısını bəzəyir.
Şübhə yoxdur ki, çoxqatlı donlar, ətəyi büzmələrlə bəzədilmiş paltarlar, volanlı bluzlar və ya həddən artıq büzməli yubkalar qadın incəliyini vurğulamağa çalışır. Məsələn, Emanuel Ungaro ciddi pencəkləri, idman gödəkçələrini büzmələrlə bəzəyib. Beləliklə, hətta ən aqressiv geyimlər daha zərif və romantik olub.
Şəffaflıq
İldən-ilə parçalar daha da nazik və şəffaf olur. Beləliklə, orqanza, ipək, gipür, şifon və atlas yaz-yay mövsümüün əsas materiallarından birinin yerini tutub. Dizaynerlər şəffaflıq mövzusunda istənilən mümkün variasiyaları təqdim edib: ziyafət paltarlarından tutmuş, minimalist “çılpaq” şalvar və yüngül toplar.
Şəffaf geyimlər podiumlarda nümayiş olunmaq üçün deyil, sadəcə çox biədəb görünməmək üçün onu düzgün geyinməyi öyrənmək lazımdır. Ən tühlükəsiz varitan kimi şəffaf geyimlərin altına bodilər geyinmək tövsiyə olunur. Bu şəkildə hətta yarımrəsmi tədbirlərə də gəlmək olar.
Dərin yarıq
Bu mövsümün ən cəsarətli trendlərdən biri də dərin yarıqlardır. Artıq sinə dekoltesi aktual deyil, nümayişə ayaqlar qoyulur. Yarıqlar əsasən midi və maksi uzunluqda olan donları bəzəyir. Beləliklə mini geyinməyə risk etmədən sadəcə kiçik yarıqların hesabına həm cazibədar, həm də müəammalı görünmək olar.
Dizaynerlər yarıqlardan qorxmamağı, hətta ayaqları ciddi ofis dress-kodunda da heç olmasa bir az açmağı məsləhət görür. Dərin yarıqları isə yalnız axşam geyimlərində özünüzə rəva görə bilərsiniz.
Aşırmalı yubka və ya donlar (ön hissəsi xalat kimi bağlanan)
Əgər dərin dekolte sizin üslubunuza yaddırsa, onda yaz-yay mövsümünün daha bir dəbli tendensiyasına – aşırmalı yubkalara diqqət edin. Əvvəlkindən fərqli olaraq, aşırmalı variantda ayaqlar yalnız hərəkət etdikdə güclə bəlli olutr.
Yarıqdakı kimi burda da aşırmalar orta və maksimal uzunluğu paltarlarda yaxşı görsənir, eləcə də mövsümün digər tendensiyaları ilə ideal uyğunlaşır, məsələn, büzmə və volanlarla.
Metal parıltısı
Bu mövsüm parıldayan paltarlar ən az açıq çalarlar qədər trend olacaq. Metal parıltısı istər çanta, istər ayaqqabı, istər şalvar, istərsə də kostyumlarda öz əksini tapıb.
Əgər parlaq ipəyi və güzgü effekti verən paltarları əvvəllər biz yalnız axşamlar geyinə bilərdiksə, indi gündəlik obrazlarda da metal effektinə icazə verə bilərik.
Gecə köynəyini gündüz geyinin
Alt paltarını xatırladan geyimləri: altas pijamaları, yarımşəffaf penuarları və topları, krujevalı korsetləri, gecə köynəyi tərzində donları artıq neçə mövsümdür ki, podiumlarda görürük. Bununla belə, alt paltarı tendensiyası getdikcə daha geniş vüsət alır. “Alberta Ferretti”, “Anna Sui”, “Chanel”, “Zimmermann” kimi moda evləri pijamasayağı fasonları öz kolleksiyalarına daxil edib. Parça müvafiq olaraq bunlardır: gipür, şifon, ipək, atlas və satin.
Mini ətəklər
Heç olmasa bu yay təvazökarlıq haqqında unudun. Qısa yubkalar 2017-ci il yaz-yay mövsümünün əsas tendensiyalar sırasına qayıdıb. Amma ekstremal qısalıq ilə ehtiyatlı olmaq lazımdır. Mini donlar yalnız arıq, incə, uzun və miniatür xanımlara yaraşır. Qısa geyinəndə üst hissəsinin maksimum qapalı olmasının qeydinə qalın.
Tək rəng
Tək rəng geyinmək yenidən dəbə minib. Demək olar ki, hər bir dizayner müəyyən bir rəngdə öz geyim xəttini təqdim edib. Məsələn, “Hugo Boss”, “Salvatore Ferragamo” və “Mugler” dərin göy rəngi seçiblər. “Emilio Pucci”, “Dries van Noten”, “Tibi” zəngin-sarını.
“Mulberry” və “Sportmax” qırmızı rəngli variantları seçib. “Сhristian Siriano” və “Emilio Pucci” isə açıq-mavi.
Qırçın
Qırçın və plisse parçalar Parisdən Nyu-Yoka qədər hər dəb dəhftəsində göstərilən kolleksiyalarda peyda oldu. Bu tendensiya istənilən ifada yaxşı görünür: yubka, köynəyin qolları olaraq, şalvar və s.
Mariya Antoanetta
Gül ornamentlərinə, zərif rəngli bantlara, incə tikmələrə, naxışlara, ipək və zərxara parçalara, korsetlərə, saç sancaqlara bu mövsüm yenidən nəzərə salmaq lazımdır. Sofiya Koppolun kult filmi hər bir xanımın ilham mənbəyi ola bilər.
İlan dərisi
Ayaqqabı və aksessuarlarda pitonu dərisi gündəmdən düşmək bilmir. İlan dərisi digər parçalarla əla uzlaşır və bədini vurğulamağa kömək edir. Ümumiyyətlə, ilan printləri bir çox dizaynerin sevimli materialıdır. Onlar bir çox şeylərdə istifadə edilir, pencəklər və ayaqqabılarda, çantalarda, paltarın ətəyində, plaşların kəmərində və s.
Aytən