Saç spreyini sadəcə saçlar üçün deyil, evin fərqli işlərində də istifadə edə bilərsiniz. “Gencaile.az” saç spreyinin 10 fərqli istifadə qaydasını təqdim edir.
Corab süzülmələri: Neylon corablar barmaq qismindən daha çox süzüldüyündən, yeni aldığınız corabın burnuna saç spreyi sıxaraq, daha uzun müddət geyinə bilərsiniz.
Ayaqqabılar üçün: Boya ilə parıldatdığınız ayaqqabıların üzərinə saç spreyi sıxsanız, daha uzun müddət davam gətirər.
Parlaq dırnaq boyaları: Pedikürdən sonra saç spreyini ayaqlarınıza sıxsanız, dırnaq boyası daha parlaq və uzunömürlü olar. Anaca ayağınızda açıq yara varsa, vurmayın.
Şəkilli qaşlar: Saç spreyini bir diş fırçasına sıxıb sonra qaşlarınızı onunla darayıb şəkil verə bilərsiniz.
Rəsmə lak təsiri: Uşaqların istifadə etdiyi rəngli boyalar zamanla solar. Əgər uşağınızın çəkdiyi rəsmi çərçivəyə salıb yadigar saxlamaq istəyirsinizsə, şəklə saç lakı sıxın. Rəngləri uzun müddət canlı qalacaq.
Tül pərdələr: Tül pərdələri təmizlədikdən sonra hər qatın qurumasını gözləyərək, bir neçə qat sprey sıxın. Daha uzun müddət təmiz görünəcək.
Təzə çiçəklər: Həyat yoldaşınızın sizə verdiyi gül buketinin tez solmasını istəmirsinizsə, üzərinə 30 sm uzaqdan saç spreyi sıxın.
Qurudulmuş çiçəklər: Saç spreyini qurutduğunuz çiçəklərin üzərinə sıxsanız, daha parlaq görünəcək və uzun müddət qalacaq.
Dodaq boyası ləkəsi: Geyim, yastıq və ya digər əşyaların üzərinə dodaq boyası batıbsa, ləkənin üstünə saç spreyi sıxıb bir neçə dəqiqə gözlədikdən sonra silin.
Mürəkkəb ləkəsi: Mürəkkəb ləkəsinin üzərinə saç spreyi sıxıb sonra silin.