usaq

Niyə uşaqlar böyüyür, amma yetişmir?

Baxış sayı: 1. 939

Yetişməmək – tez-tez rast gəlinən və bir çox valideynlərin şikayət etdiyi problemdir. Lakin, bu problemin kökləri mədəniyyətimizdə qaynaqlanır. Biz, uşağa fərdiləşmə prosesində necə kömək edə biləcəyimizi anlamırıq.

Bu məsələnin cavabı uşağın hər yaşında aktualdır. Bu, ilk növbədə tələblərin yox, ehtiyacların ödənməsidir. Ehtiyacların ödənməsi öz növbəsində zəruri səviyyəni keçməlidir. Biz həmişə uşağa ehtiyacı olduğundan artığını verməliyik. Əgər onun qucağa ehtiyacı varsa, onu daha sıx qucaqlamalıyıq. Əgər söhbət “Səni sevirəm” sözlərindən gedirsə, siz onları sadəcə onun dediyi sözlərə qarşılıq olaraq deməməlisiniz. Bu şəkildə siz təşəbbüsü öz əlinizə almış olursunuz. Həmişə uşağınıza onun əldə etmək istədiyindən artığını verin. Təklif tələbi üstələyəndə və uşaq öz şəxsi təcrübəsində buna əmin olduqda, o vaxt o rahatlaşır.

Kaş ki, biz uşağımızın kiçik yaşlarından bu sirri tətbiq edə biləydik, tələb olduğundan daha artığını verəcək qədər səxavətli olaydıq; o zaman hətta böyümüş uşaqlarımızın da suallarına cavab ola bilərdik. Çünki, onlar bağlılığa, mənsubluğa, əhəmiyyətli olduqlarını bilməyə və emosional yaxınlığa ehtiyac duyur – əgər bunu edə bilsəydik və səxavətli ola bilsəydik, uşaqlarımızı özü ola bilmələri və müstəqil həyata qədəmləmələri üçün onların fərdiləşməsi prosesində bələdçi rolunu daha yaxşı oynaya bilərdik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir