Mətbəximizdə yeməklərin şahı olan plovu demək olar ki, sevməyən yoxdur. Milli mətbəxdən olan cürəbəcür plovlar həmişə stolumuzun bəzəyi olur. “Gencaile.az” saytının “Yeməyə nə var” rubrikasında bu dəfə fərqli bir plov reseptini təqdim edirik.
Ərzaqlar
Qızıl balıq – 500 qram
Düyü – 300 qram
Nar – 2 ədəd
Bitki yağı – 100 qram
Kərə yağı – 100 qram
Sarıkök, duz, istiot zövqə görə.
Hazırlanması
Balıq yuyulur, tikələrə bölünüb üzərinə duz, istiot səpilərək bitki yağında qızardılır. Üzərinə nar dənələri əlavə edilib 2 dəqiqə sonra odun üzərindən götürülür. Düyü ənənəvi qaydada duzlu suda bişirilib süzülür. Qazanın dibinə düyüdən bir hissə tökülür, sarıkök səpilir, üzərindən nar-balıq qarışımı yığılır, düyünün qalan hissəsi ilə örtülüb 40 dəqiqə dəmə qoyulur.
Nuş olsun!