qadin

Ağıllı qadınlardan 10 VACİB TÖVSİYƏ

Baxış sayı: 1. 780

Alimlәr bu qәnaәtә gәlib ki, ağıllı qadınlar daha sәbirli vә diqqәtlidirlәr. Onlar illәr keçdikcә dә, bu keyfiyyәtlәrini itirmir.

Bu yazıda oxucularımızı ağıllı qadınların 10 həyat dərsi ilə tanış edirik.

 

Hər şeyi öz axarına buraxın

Artıq baş vermiş hadisənin qarşısını almağın üsulları barədə fikirləşməyin. Hadisə onsuz da baş verib, hər şeyi olduğu kimi qəbul etməyi öyrənin. Hadisənin baş vermə səbəblərini anlamağa və ondan düzgün nəticə çıxarmağa çalışın. Bu, uğur qazanmağın ən vacib qaydalarından biridir.

Sızıldanmayın və taledən şikayətlənməyin

Əgər işləriniz istədiyiniz kimi getmirsə, bu, o demək deyil ki, hər şey pisdir. Həyatda çətinliklər həmişə olur. Müxtəlif vəziyyətlərdə onların öhdəsindən layiqincə gəlməyi öyrənin. Bilin ki, problemləriniz heç kimə lazım deyil, inilti və şikayətlərin sizə kömək etməyəcəyi dəqiqdir. Daha yaxşı olmaq üçün zərərli vərdişlərin qurbanı olmayın.

Baxımlı olun

Makiyajsız da yaxşı görünmək mümkündür. Saçlarınızın, dərinizin qeydinə qalın, sağlam qidalanın və manikür edin. Geyiminiz isə hər zaman səliqli olmalıdır.

Səyahət edin

Gözlərinizi yeni şəhərlər və mənzələrlə tanış edin, yolda yad adamlarla ünsiyyət qurun, öz dünyagörüşünüzü artırın.

Səhvlərinizə görə özünüzü günahlandırmayın

Səhv etmək insanlara xasdır. Əsas odur ki, bundan dərs çıxara biləsiniz. Səhvlər – özünü təkmilləşdirmək və inkişaf etdirmək üçün yaxşı imkandır.

Vaxtınızı boş adamlara sərf etməyin

Sizinlə birlikdə olmağa can atmayan, sizi sevindirməyən və üzünüzü güldürməyən insanlara heç vaxt itirməyin.

Yox deməyi bacarın

Əgər uğur qazanmaq istəyirsinizsə, yox deməyi bacarmalısınız.

Sədaqətli olun

Özünüzə, öz prinsiplərinizə, ideyalarınıza, insanlara, yaxınlarınıza, seçimlərinizə sadiq qalın.

İstedadınızı inkişaf etdirin

Hər kəsin üzə çıxmayan gizli istedadı mütləq var. Və sizin neçə yaşınız olduğu, nə qədər qazandığınız və hansı sahədə çalışmağınız vacib deyil. Sadəcə öz gücünüzə inanın və öz üzərinizdə daim işləyin.

Heç vaxt təslim olmayın!

İnadkarlıq və tərslik həmişə mükafatlandırılır. Özünüzə inanın! Bu, sizi mütləq uğura doöru aparacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir