qadin

Hər bir qadının bilməli olduğu 7 qayda

Baxış sayı: 1. 596

Zəriflik hissedilməzdir, amma o, yerişdə, danışıq tərzində, hətta səsdə belə özünü göstərir. O, kişiləri yoldan çıxaran ən xırda təfərrüatlarda, hərəkətlərdə və xoş təbəssümdə gizlənib.

Qadın eleqantlığı haqqında yüzlərlə məqalə yazılıb, treninqlər keçirilib və çoxlu filmlər çəkilib.

Bu yazıda qadını zərif göstərən 7 vacib davranış qaydasını təqdim edirik.

 

Zərifliyi dərk edin

İşlərin çoxluğundan biz tez-tez əllərimizi-qollarımızı çırmalayıb ora-bura qaçmalı oluruq. Və ya metroda ən sərt baxış müsabiqəsinin iştirakçısı kimi otuturuq. Niyə belə olur? Çünki öz üz ifadəsini unudur, nəticədə isə inanılmaz dərəcədə qaşqabaqlı görünürük. Eleqant qadın isə hər saniyənin qədrini bilir və özünü dərk edir. Bu, faktiki olaraq onun həyat tərzidir. O, özünü gülmüsəməyə məcbur etmir, daim xoş görünməyə can atmır, amma öz obrazı barədə də unutmur. Özü də nəinki əhalinin gur olduğu, hətta tək olduğu yerlərdə də onlar hərəkətlərinə və üz ifadəsinə nəzarət edir. Səbəbi isə başqa cür özünü rahat hiss edə bilməməsidir. Onu da yadda saxlayın ki, qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur.

İncəliyi vərdişə çevirin

Bütün bu elementar vərdişlərə yiyələnməyə çalışın: Üz ifadəsini unutmayın, yerişinizə diqqət edin, qamətinizi düz saxlayın, hərəkətlərdə isə rəvanlıq hissi olmalıdır. Qulağınızda sırğa edin ki, zərifliyi öyrənmək və onu “inkişaf etdirmək” mümkündür. Bu, səhər saat yeddidə durmaq və ya hər axşam gəzintiyə çıxmaq kimidir.

O, özünü sevməyi bacarır

Əsl qadın heç kimə ehtiyac duymadan özünü sakitləşdirməyi, səssizliyi dinləməyi bacarır və saatlarla telefonun ekranına baxmaq əvəzinə şövqlə buludlara baxa bilər. O, özünü çox yormur. Belə qadın özünü sevir.

Onların başqalarının xoşbəxtliyi naminə və ya işdə uğur əldə edə bilmək üçün özünə əzab vermək kimi vərdişləri yoxdur. Çünki o, yaxşı başa düşür ki, sakit və dinc qadın həm şəxsi həyatda, həm də işdə daha çox uğur əldə edə bilir və onda hərşey alınır. O, ətarfını məhəbbət və müsbət aura ilə doldurur, itirdiyi enerjini vaxtında bərpa edə bilir.

Onu özündən çıxarmaq mümkün deyil

Əsl qadın hər problemi özünə dərd etmir, istənilən vəziyyətdə zarafat etməyi bacarır, taleyin zərbələrini qəbul etmir və onların qarşısında özünü itirmir. Axı həyat çox qısadır… Tale bütün insanları həyatın hansısa mərhələsində əzablarla sınağa çəkir, amma bütün qüvvənizi onlara sərf etsəniz, çox tez tükənərsiniz. İlk növbədə mənəvi rahatlığınız haqqında düşünün, onu heç nəyə dəyişməyin!

Diqqət mərkəzində olmaqdan qorxmur

Gözəl qadın nadir hallarda diqqətdən kənarda qalır. O, öz ünvanına səslənən komplimentləri, eləcə də heyranlıq dolu baxışları böyük məmnuniyyətlə qəbul edə bilir. O, ulduz xəstəliyinə tutulmur, özünü yaxşı tanıyır. Diqqət mərkəzində olmaq onu qorxutmur, həm də komplimentlərdən utanıb yersiz təvazökarlıq etmir. O, sadəcə, təşəkkür etməklə kifayətlənir. Çünki insanın özünü qiymətləndirməsi, öz dəyərini bilməsi vacibdir.

O, öz bədənində özünü rahat hiss edir

Əgər sizə də elə gəlir ki, qadın incə belli və gözəl əndamlı olmalıdır, onda bu mənasız fikri birdəfəlik unudun. Fikir vermisinizsə, kök qadınlar da eleqantlığı ilə seçilə bilir və çox şirin görünür. Amma yalnız o halda ki, onlar özlərini aldatmır və özlərini olduğu kimi qəbul edə bilir. Onlar arıq görünmək üçün ancaq qara paltarlar geyinmir, dar cinsləri zorla əyninə keçirmir. Dolu bədənli olmaq qəbahət deyil, özünüzü müasir modanın çərçivəsinə salmağa çalışmayın.

O, qaydalara görə deyil, vəziyyətə uyğun hərəkət edir

Son sirr: Təbii olun! Piknikə gedirsinizsə, dar pencək və dikdaban ayaqqabı geyinmək, isti havada ağır makiyaj etmək lazım deyil. Qadını yalnız dikdaban ayaqqabıların cəlbedici göstərdiyinə, müvəffəqiyyətin əsas sirrinin isə gur saçlar olduğuna və s. bu kimi cəfəngiyyatlara inanıb özünüzü çərçivələrə salmayın. Özünəinamlı qadın istənilən halda cəlbedici görünə bilər. Əgər saçlarınızın təmiz olduğundan əminsinzisə, onda rahatlıqla onu açıq qoya bilərsiniz. Dikdaban ayaqqabılarda gəzə bilmirsinizsə, özünüzə əziyyət verməyin. Və öz individuallığınızı klassik ağ-qara rənglərlə boğmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir