qida

İdmandan əvvəl və sonra necə qidalanmaq lazımdır?

Baxış sayı: 1. 889

Məşqdən əvvəl həzm sistemini ağırlaşdırmayan qidalar qəbul etmək vacibdir, çünki məşq müddətində bədənin daha çox yağ itirə bilməsi üçün yüngül qidalar lazımdır. Bu görə əvvəl həzmi asanlaşdıracaq qidalar qəbul edin.

– Fıstıq əzməli meyvə dilimləri


Dilimlənmiş alma, banan, armud kimi meyvələrin təbii fıstıq ya da fındıq əzməsi ilə olan birləşməsi sizin məşqə getmək səbəbiniz ola bilər. Eyni zamanda bu şirin qarışım sizin digər yüksək kalorili qidalardan uzaq qalmağınıza kömək olur.

– Qatıq, meyvə və qismən faydalı yağlar


Xırda-xırda doğradığınız yarım kasa mövsüm meyvələrinin üzərinə bir az darçın səpib qatıq və təzə badamla qarışdırın.

– Yulaf əzməsi və təzə meyvə qarışığı


Məşqdən əvvəl düzgün karbohidrat qəbulu məşqin müddətini və keyfiyyətini artırır. Təzə meyvələrin yulaf əzməsi ilə birləşməsi məşq müddətində enerji tarazlığının qorunmasını təmin edir və məşq sonrası həddindən artıq qida qəbulunun qarşısını alır.

– Quru meyvə qarışığı və kefir


Yağların həzmi karbohidratlara nisbətən daha gec olduğu üçün enerjinin bir qismi həzmə gedir. Bu, məşq müddətinizin qısalmasına səbəb ola bilər.

-Məşqdən sonra da balanslı qidalanmaq şərtdir


Məşq əsnasında yorulan əzələlərin yenilənməsi üçün keyfiyyətli zülal və kompleks karbohidrat qaynaqlarından faydalanmaq lazımdır.

Toyuq və tərəvəz qarniri: Toyuq əti, amin turşuları ilə zəngindir. Bu da toyuğun məşqdən sonra ən çox seçilən ət məhsulu olmağını təmin edir.

-Balıq və kartof

Balıqdan alınan faydalı yağ turşuları oynaq toxumasının yorulmasına qarşı qoruyucudur. Balıq və kartofla qidalanmaq enerji  yığmağa imkan verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir