Ramazan ayının başlaması ilə əlaqədar olaraq bugündən etibarən “Gencaile.az” saytı yeni rubrikaya start verir. “İftar süfrəsi” adlandırdığımız bu rubrikada sizin üçün hər gün iftar menyusu təqdim edəcəyik. İlk günün menyusu ilə iftara hazırlaşa və bir-birindən dadlı yeməklərlə özünüzü mükafatlandıra bilərsiniz.
Şorba ilə şənliyə başlayan mədəniz isti günlərinin əvəzolunmazı olan xəfif şirniyyatla doyacaq.
Şorba
İçindəkilər
Düyü – 1 kasa
Yumurta – 1 ədəd
Qatıq – 5 x.q.
Nanə
Qara istiot
Pul bibər
Toyuq suyu
Hazırlanması
Düyünü təmizləyib yuyun və toyuq suyunda qaynadın. Ayrı qabda qarışdırdığınız qatıq, yumurta və ədviyyatları da toyuq suyuna əlavə edin. Qarışdıraraq 5-6 dəqiqə qaynadın. Bu müddətdə qarışdırmağa davam edin.
Bibər və toyuqlu plov
İçindəkilər
Toyuq budu – 6 ədəd
Zeytun yağı – 4 x.q.
Su – 1 stəkan
Pomidor püresi – 3 x.q.
Dolmalıq qırmızı bibər – 2 ədəd
Dolmalıq yaşıl bibər – 2 ədəd
İstiot – 1 ç.q.
Duz – 1 ç.q.
Hazırlanması
Ətləri iri-iri doğrayın, qaynadın. Bibərlərin tumlarını təmizləyin, yuyun və zeytun yağında bir neçə dəqiqə qızardın. Pomidor püresi və ədviyyatları da əlavə edin. Bu qarışıma toyuq ətlərini və bir az da toyuq suyu əlavə etdikdən sonra ağzını kip bağlayın bişirin. Plov da bişməyə yaxın zəfəran əlavə edin. Sonda isə plovun üzərinə bibərli toyuğu əlavə edib servis edin.
Sarımsaq və kəklikotulu kartof salatı
İçindəkilər
Kartof – 500 qr.
Sarımsaq – 1 diş
Zeytun yağı – 3 x.q.
Cəfəri – ¼ dəstə
Kəklikotu
Duz
Qara istiot
Hazırlanması
Kartofları qaynadın. İsitdiyiniz zeytun yağına sürtgəcdən keçirtdiyiniz sarımsaqları əlavə edib qovurun. Cəfəri və kəklikotunu da əlavə edin. Sonda isə qara istioti əlavə etdikdən sonra kub şəklində doğradığınız kartofların üzərinə bu içliyi əlavə edin, qarışdırın və servis edin.
Qaysılı kublar deserti
İçindəkilər
Süd – 2.5 stəkan
Un – 2 x.q.
Vanil – 1 paket
Şəkər – 4 x.q.
Nişasta – 1 x.q.
Qaysı suyu – 1 stəkan
Üzəri üçün
Nanə yarpağı
Qaysı
Hazırlanması
Bir qazanda süd, un, vanil və şəkəri sürətli qarışdıraraq bişirin. Qatı hala gələndə kub formalı qablara ya da kasalara əlavə edin. Sonra soyuması üçün gözləyin. Qaysı suyu ilə nişastanı qarışdıraraq qaynadın. Soyuduqdan sonra bu qarışımı qablardakı qarışımlara əlavə edin. Donana qədər buzxanada saxlayın. Qaysı və nanə yarpaqları ilə bəzəyib servis edin.
Nuş olsun!