“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə sizə 3 fərqli dada malik menyu təqdim edirik.
Un şorbası
İçindəkilər
Pomidor – 5 ədəd
Yağ – 3 x.q.
Un – 1.5 qəhvə stəkanı
Su – 8 stəkan
Süd – 1 stəkan
Yumurta sarısı – 3 ədəd
Duz
Hazırlanması
Pomidorlar yuyulur, qabıqları soyulur, yağsız halda püre şəklinə gələnə qədər bişirilir. Un yağda çəhrayılaşana qədər bişirilir. Sonra az-az suyu və püre halında olan pomidorları əlavə edib, duz də töküb bişiririk. Yumurtanın sarısını südlə yaxşısa qarışdırıb şorbaya az-az əlavə edin. Hamsını qarışdırdıqdan sonra bir az qaynadıb sobadan götürün.
Yaşıl noxudlu plov
İçindəkilər
Düyü – 2.5 stəkan
Qaynadılmış yaşıl noxud – 1.5 stəkan
Duru yağ – yarım çay qaşığı
Kərə yağı – 1.5 x.q.
Duz
Hazırlanması
Düyünü təmizləyib yuyun. Konserv yaşıl noxud istifadə edəcəksinizsə onu isti suda yuyub, suyunu yaxşıca süzün. Qazana sulu yağ əlavə edin, qovurun və üzərinə düyünü tökün. Sonra kərə yağı qoyub qapağını bağlayın qaynasın. Qaynadığı zaman noxudları, duzu əlavə edin. Suyu çəkilənə qədər bişirin. Bişdikdən sonra üzərinə kağız dəsmal qoyun üzərinə və qapağını bağlayın.
Ballı qülle
İçindəkilər
Bananlı pudinq – 1 paket
Kakaolu pudinq – 1 paket
Süd – 6 stəkan
Bal – 1 stəkan
Sürtgəcdən keçirilmiş limon qabığı – 1 ədəd
Limon suyu – 2 x.q.
Hazırlanması
Bananlı pudinqi 3 stəkan süddə bişirin. Pudinqləri 6 dənə şüşə qaba əlavə edin və ilıqlaşdırın. Kakaolu pudinqi də eyni qayda ilə bişirin sonra bananlı pudinqlərin üzərinə əlavə edin. Qoyun soyuducuda bişsin. Balın içinə limon qabığı və limon suyunu əlavə edib, sobada 5 saniyə saxlayın və götürün. Pudinqləri sonra boşqablara tərs çevirib üzərinə də ballı sousu əlavə edib servis edin.
Nuş olsun!