goz

Göz rənginə uyğun makiyaj – FOTOLAR

Baxış sayı: 1. 820

Makiyajın uğurlu alınması üçün rənglərin harmoniyası qaydalarına əsaslanmaq lazımdır. Məsələn, hər dəri tonunun özünə uyğun tonal kremi, ona yaraşan dodaq boyası olduğu kimi,göz rənginə uyğun da göz kölgələri seçməlisiniz. Axı düzgün seçilmiş göz kölgələri gözləri vizual olaraq daha böyük və mənalı göstərməyə qadirdir.

“Gencaile.az” “Publika.az”-a istinadən xanımlara göz rənginə uyğun göz kölgələrini təqdim edir.

 

Qəhvəyi gözlər

Bənövşəyinin müxtəlif çalarları qəhvəyi gözləri çox gözəl göstərir. Məsələn, albalı və ya yasəmən rəngi qəhvəyi ilə çox yaxşı uzlaşır. Qəhvəyi gözlərə yaşılın tünd tonları da çox yaraşır. Göy göz kölgələrindən istifadə etmək istədikdə yaşıl kimi yenə tünd çalarlara yönəlməliniz. Təbii effekt almaq istəyirsinizsə, qəhvəyinin açıq tonlarını seçin.

Yaşıl gözlər

Yaşıl gözlü xanımlar yaşıl rəngli göz kölgələrindən istifadə etməməlidirlər. Çoxları gözləri ilə eyni rəngdə göz kölgələrinin effektli göründüyünü düşünsə də, bu, belə deyil. Ümumiyyətlə, göz kölgəsinin göz rəngi ilə eyni rəngdə olması məsləhət deyil. Bu zaman gözlər sönük və mənasız görünürlər. Yaşıl gözlərə zərif çəhrayı və qəhvəyinin hər tonu yaraşır.

Mavi gözlər

Mavi gözlərə ən çox qara ilə boz kölgələr uyğun gəlir. Dumanlı göz makiyajı da ən çox mavi gözlü xanımlara yaraşır. Amma o, makiyajı hər zaman istifadə etmək mümkün deyil.

Ala gözlər

Ala gözlü xanımlar göz makiyajında çox şanslıdır. Çünki onlara istənilən göz kölgəsi yaraşır. Amma unutmayın ki, makiyaj seçdiyiniz paltara və gedəcəyiniz məkana uyğun olmalıdır.

3 1 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir