masin

Ərəb şeyxləri üçün özəl hazırlanmış inanılmaz avtomobillər – FOTOLAR

Baxış sayı: 1. 422

Ərəb şeyxləri bahalı və dəbdəbəli həyatı sevir. Şeyxlər arasında inanılmaz bir rəqabət gedir. Hər şeyin ən bahalısına, ən qeyri-adi olanına və xüsusilə onlar üçün istehsal olunmuş əşyalara, geyimlərə, maşınlara, evlərə ilk olaraq sahib olmaq şeyxlər üçün çox önəmlidir. Sözün əsl mənasında, dünyanı idarə edən ərəb şeyxləri haqqında yazılan yazılar oxucular tərəfindən maraqla qarşılanır. “Gencaile.az” “Publika.az”-a istinadən bu dəfə sizə nəhəng avtomobil şirkətləri tərəfindən ərəb şeyxləri üçün eksklüziv olaraq hazırlanmış lüks avtomobilləri təqdim edir:

1. NİSSAN PATROL GTR – Baxmayaraq ki, ilk baxışda adi avtomobili xatırladır, kapotun altında tamamilə fərqli unikal təchizat yerləşir. 4.1 motor, 1900 at gücünə malik avtomobilin təbii dəridən olan salonu da onu digər avtomobillərdən fərqləndirir. Bu maşın hətta Porsche 918 modelini belə geridə qoya bilər.

2. GİANT SPİDER – Olduqca maraqlı görünüşə malik bu avtomobil Mərakeş şeyxi Həmid Bin Həmdan Əl Naxayanu üçün xüsusi sifarişlə hazırlanıb. İnanmaq çətin olsa da, bu Jeep Wrangler avtomobilinin əsaslı sürətdə dəyişdirilmiş halıdır. Model 20-ci əsrin 30-cu illərində istehsal olunan avtomobilləri xatırladır. Radiator barmaqlıqları və faralar nəhəng yük maşınlarını xatırladır. Avtomobil V8 matorla təchiz olunub və 400 at gücündədir. O qədər lüks olmasa da, bu avtomobilin bənzərini belə heç yerdə görmək mümkün deyil.

3. BUCHMANN W100 600 – Bu avtomobil 1980-ci ildə istehsal olunub. İstehsal tarixçəsi avtomobilin görünüşündən daha maraqlıdır. Səudiyyə Ərəbistanının kralı həqiqətən nadir və unikal avtomobil kolleksiyası almaq istəyir. Belə bir avtomobilləri istehsal edə biləcək şirkəti qızıla boğacağını deyir. O vaxt bütün şirkətlər özlərinə sifariş verilmiş kimi unikal avtomobil modelləri hazırlamağa başlayırlar. Hökmdarın seçdiyi bu avtomobil kolleksiyasını isə Mercedes-Benz W100 şirketi hazırlayıb. Cəmi 9 avtomobildən ibarət kolleksiyanın ilk avtomobilinin hazırlanmasına dörd aydan çox vaxt sərf olunub.

4. LOTEC C1000 – Avtomobil 1995-ci ildə planetin ən sürətli maşınına sahib olmaq istəyən ərəb şeyxi tərəfindən sifariş edilib. Model olaraq ilk baxışda Mercedes-Benz Lotec xatırladan avtomobil yer üzündə zamanın ən sürəfli avfomobili olaraq qalır. Avtomobilin adında istifadə olunmuş simvollar birbaşa təchizatdan xəbər verir. Beləki, “C” karbon gücü, 1000 isə mühərrikin gücünü ifadə edir. Avtomobil bir neçə dəfə yenilənib və təkminləşdirilib.

5. MCLAREN X-1 – Bu avtomobildən dünyada bir dənədir. Heç bir başqa bənzəri və ya modeli yoxdur. Mclaren X-1 avtomobili Mclaren MP412C avtomobilinin bazasında hazırlanıb. Məşhur ərəb şeyxlərindən birinin sifarişi ilə hazırlanan avtomobilin texniki cəhətləri haqqında heç bir informasiya yoxdur. Maşını sifariş edən şeyxin kimliyi və maşının hazırlanma texnikası gizli saxlanılır. Dəqiq olan yeganə məlumat avtomobilin minimal dəyəri 6 milyon dollardır. Ənənəvi olaraq bu avfomobilin satışı yalnız şeyxlər arasında keçirilir. Avtomobil 2012-ci ildə debüt edilib.