“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə milli və xarici mətbəxdən daha bir İftar menyusunu təqdim edirik.
Yayla şorbası
İçindəkilər
Yumurta – 2 ədəd
Düyü – yarım st.
Un – 2 x.q.
Qatıq – 4 st.
Kərə yağı – 100 qr.
Nanə qurusu – 50 qr.
Duz
Hazırlanması
Düyü təmizlənir, yuyulur və bol suda bişirilir. Un, qatıq və yumurtanı birlikdə çırpıb orta odda dayanmadan qarışdıraraq qaynadın. Qarışımı düyünün üzərinə əlavə edib bişirin. Nanə qurusu kərə yağında qovrulub şorbaya qatılır. Şorbaya duz da spilir və odun üzərindən götürülür.
Qarışıq yaşıl salat
İçindəkilər
Pomidor (çerri) – 4 ədəd
Xiyar – 2 ədəd
Motal pendiri – 30 qr.
Nar dənələri – 20 qr.
Narşərab – 1 x.q.
Cəfəri, reyhan, şüyüd – yarım dəstə
Qovrulmuş qoz ləpəsi – 20 qr.
Duz
Hazırlanması
Tərəvəzlər yuyulur, suyu süzülür. Pomidor 4 hissəyə bölünür, xiyar kub şəklində doğranır, göyərti əllə hissələrə bölünür, pomidora qatılır. Tərəvəzlərə qalan ərzaqlar qatılır, qarışdırılır.
Övriştə
İçindəkilər
Toyuq – 1 ədəd
Kərə yağı – 100 qr.
Baş soğan – 1 ədəd
Şabalıd – 200 qr.
Zirinc və ya nar dənələri – 50 qr.
Alça turşusu – 1 x.q.
Su – 1 st.
Duz, istiot
Hazırlanması
Toyuq yuyulur, tikələrə bölünür. Duz, istiot səpilir, yağda qızardılır. Üzərinə samanvari doğranmış baş soğan əlavə edilib qovrulur. Yeməyə su tökülür, alça turşusu, zirinc, qaynar suda pörtlədilib, təmizlənmiş şabalıd əlavə edilir. 10 dəqiqə bişirilir.
Nuş olsun!