porse

Onlara niyə “ölüm və qəza maşınları” deyirik?

Baxış sayı: 1. 701

Son vaxtlar elə həftə olmur ki, Porshe markalı maşının qəza törətməsi ilə bağlı xəbər yayılmasın. Vaxtilə Gallenvagen markalı maşınları “ölüm arabası” adlandıran yerli media indi eyni ifadəni Porshe maşınları üçün istifadə edir. Sanki Azərbaycanda bu maşını sürənlərin heç bir yol hərəkəti qaydalarına riayət etmədikləri, qəza şəraiti yaratdıqları ilə bağlı təəssürat formalaşır.

Əslində isə bu maşın yarandığı ilk gündən yarışlarda yüksək yerlər qazanıb, dünyanın gözü olub.

“Gencaile.az” Musavat.com-a istinadən Porshe markalı maşınla bağlı yayılan məlumatları sizinlə bölüşür və əslində bu maşının gerçək təyinatını açıqlayır.

Bu maşının yaradıcısı Ferdinand Porschedir. Bu şəxs öz şirkətini baş ofis Ştutqartın mərkəzində olmaqla “Dr. İng.h.c.F.Porsche GmbH” adı altında 1931-cil ildə yaradıb. İlkin olaraq, şirkət motorlu vasitələrin inkişaf işlərini və konsaltinqi təqdim edirdi və öz adı altında heç bir maşın istehsal etmirdi. Şirkətin ilk tapşırıqlarından biri Alman hökumətindən gəldi, xalq üçün maşın – ”Volkswagen” şirkəti dizayn üçün müraciət etmişdir. Bu sifariş, bütün zamanların ən uğurlu maşınlarından biri kimi, Volkswagen Beetle-ın yaranmasına səbəb oldu. Beləliklə, F.Porsche təkcə Porschenin deyil, həm də Volkswagen Beetle-ın ərsəyə gəlməsinin səbəbkarıdır.

Картинки по запросу Ferdinand Porsche

Öz karyerası boyunca Ferdinand Porsche, Daimler-Benz, Volkswagen, Avto Həmkarlar İttifaqı və digərləri ilə 50 il ərzində əməkdaşlıq çərçivəsində işləmişdir.

1945-ci ildə hərbi cinayətlərə görə həbs edilən Ferdinand Porsche öz səlahiyyətlərini oğlu Ferriyə təqdim etdi və onun ulduzu doğmağa başladı. Atasının Fransadakı Dijon həbsxanasındakı hərbi cinayətkar kimi 20 aylıq həbs həyatı zamanı, F. Porschenin oğlu, Ferri Porsche, öz maşınını yaratmağı qərar alır, çünki O, istədiyini tapa bilmirdi. Odur ki, ailə şirkətini işlək tutmaq üçün Ferri, yarış maşınları dizayn etdi. Məhz həmin ərəfələrdə O, yuxarıda adı gedən ilk Porsche idman üslublu maşını yaratdı.

İlk Porsche 356, arxa tərəfi qalxmış, 40 at gücündə Volkswagen mühərrikli, avto-hissələri istənilən yerdən tapıla biləcək bir maşın idi.İlk Porsche un dəyirmanda əl ilə yığıldı. Maşının zavoddan çıxdığı gündən bir ay sonra Porsche 356, özünün ilk yarışmasını qazandı. Model, 1950-də kütləvi istehsala buraxıldı və 1954-də onun Speedster versiyası təqdim edildi. 1956-da 10 000-ci Porsche 356 konveyerdən buraxıldı və sonrakı illərdə isə Porsche 356B versiyası istehsal edilməyə başladı.

50 il ərzində Posche avtomobilləri bütün dünyada müxtəlif kateqoriyalarda 28 000-dən çox qələbə qazanıblar. Posche –dən başqa dünyada heç bir avtomobil şirkəti bu qədər uğur qazanmayıb.

Картинки по запросу Ferdinand Porsche 50 years

1948-ci ildə Porsche zavodunda 356 modeli yaradılır və o rəsmi olaraq Porsche adını alan ilk avtomobil olmuşdu. Təxminən bir aydan sonra avtomobil yarışlarda birinci yeri tutur.

1953-cü ildə Paris avtosalonunda ilk dəfə Porsche 550 Spyder nümayiş olunur. Yüngül, yığcam, manevrli 4-güclü mühərrik ilə təchiz olunmuş avtomobillər demək olar ki, dərhal bütün dünyada məşhurlaşır.

Porsche şirkəti ənənəvi olaraq bütün sahələrdə lider hesab olunur. Məsələn, ətraf mühitin qorunması, materialların təkrar emalı və s. Hələ XX əsrin 70-ci illərində Ferri Porşe belə bir ifadə işlətmişdi: «Qiymətli dünya ehtiyatlarının istifadəsinə qarşı laqeyd olmaq olmaz. Onları bir dəfə istifadə edib, tullamaq israfçılıqdır. Ya texnikaların istifadə müddətlərini artırmaq lazımdır, ya da materialları bir neçə dəfə istifadə etmək üçün təkrar emaldan keçirtmək gərəkdir». Və artıq 1973-ci ildə Porsche sinklənmiş metalla örtülmüş avtomobil təqdim edir.

Похожее изображение

Bir şedevri yaratmaq üçün bütün xırdalıqlara və kompromislərə diqqət yetirmək lazımdır. Porsche-nin mühərrikinin unikal tonu xüsusi tədqiqat laboratoriyalarında yaradılır.
Azərbaycanda da bu maşınlar olduqca populyardır. Avtomobil saytlarında gəzişmə zamanı öyrəndik ki, Bakıda bu maşınların (ikinci əl) satış qiyməti 7700 dollardan başlanır və 105 min dollara qədər qalxır. Bu baxımdan da Porshe-nin qiyməti barədə birmənalı fikir söyləmək olmur. Onu hər zövqün və maddi durumun sahibi əldə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir