bezek esyalari

Yay aylarında sizə pul qazandıracaq biznes ideyaları

Baxış sayı: 1. 738
Hava getdikcə isinməkdədir və  bunun müsbət təsirlərini hamıda rahatlıqla görmək olar. Aylardır, qapalı mühitlərə qısılıb-qalan bir çox insan, fürsət tapdıqca, açıq havaya daha çox çıxır. Təbii ki, bu vəziyyət pul qazanmaq istəyən insanların da işinə yarayır. Çünki havanın isinməsi özü ilə birlikdə həm də bir çox alternativ pul qazanmaq yollarını gündəmə gətirir. Bu istər soyuq içkilər, istər də bər-bəzək əşyaları düzəldib satan şəxslər ola bilər. Məhz onlar yay aylarında pul qazanma üsulları fikirləşib tapır.

Yay mövsümün gəlməsi ilə birliklə həm əlavə gəlir əldə etmək istəyənlər, həm də tələbələr üçün bir-birindən yaxşı iş fikirləri ortaya çıxır. Hələ birazca əl qabiliyyətiniz varsa, son dərəcə yaradıcı və əyləncəli işlər görərək, pul qazana bilərsiniz. Turistlərin çox ziyarət etdiyi yerdə yaşayırsınızsa, işiniz daha da asandır. Sahil kənarlarında pul qazanmağınıza səbəb olacaq, bir çox iş ideyaları mövcuddur, onlardan biri mütləq sizə uyğun gələcək.

Gəlin elə indi, isti havalarda pul qazandıracaq 13 tövsiyəmizə birlikdə nəzər salaq:

Sərin meyvə şirələri

Yayın istisində insanların mayeyə olan tələbatı daha da yüksəlir və onların bu ehtiyaclarını qarşılayacaq meyvə şirələrinin satışını təşkil etsəniz pul qazanma şansınız var. Bildiyimiz kimi yay mövsümü meyvə və tərəvəz baxımından bolluqdur. Lazımı icəzə işlərini həll etdikdən sonra, açacağınız kiçik bir meyvə şirəsi barı (köşkü) ilə yaxşı gəlir əldə edə bilərsiniz. Hətta bu işi səyyar şəkildə, hansısa avtomobillə də görmək mümkündür.

Sahil və ya çimərliyə endiyiniz zaman, çətin, şezlonq kimi çeşidlərin satışını və ya kirayəsini edən insanlar ilə qarşılaşırsınız. Həmçinin çimərlik geyimləri və ya dəsmalları kimi müxtəlif ehtiyacları qarşılayacaq yerlər vardır. Bu iş də yaz mövsümündə, turistik yerlərdə görə biləcəyiniz ən yaxşı işlərdəndir. Son dərəcə asan satış və ya kirayə üsulu ilə rahatca pul qazanarsınız.

Döymə etmək

Tətil yerlərində ən məşhur pul qazanma yollarından biri də müvəqqəti döymələr etməkdir. Balaca bir “obyekt” yaxşı qazanc əldə etməyinizi təşkil edəcək. Çox da pul xərcləmədən lazımı xammalı ala bilərsiniz və əgər əl qabiliyyətiniz varsa, bəsit bir şəkildə döymələr edərək, pulunuzu qazanırsınız. Bir neçə şablon və müştəriləri cəlb edəcək qiymət siyasəti. Müxtəlif kampaniyalar edərək qazanacağınız müştərilər və pulun miqdarıdı artıra bilərsiniz.

Bəzək əşyaları biznesi

Yay mövsümü ilə assosiasiya olunan digər biznes isə bijuteriya piştaxtalarıdır. Hər addım başı bir bər-bəzək satıcısı ilə qarşılaşa bilərsiniz. Demək olar ki, hamısının da müştərisi var. Kimlər isə öz hazırladıqları zinət əşyalarını, kimlərsə təbii daşlardan, balıq qulağılardan düəlmiş əşyaları satır, ümumiyyətlə bu tip biznes üçün təbiət özü bizi xammal iə təmin edir. Həmçinin topda alıb, sonra pərakəndə satış edənlər də var. Son nəticədə mövsümün ruhuna uyğun, dəbin nəbzini tutan bəzək əşyaları təklif etsəniz, bu mövsümü mənfəətli başa vura bilərsiniz.

İnternet vasitəsilə yatırım

forex nədir

Yay mövsümündə yaxşı gəlir əldə edən şirktətlərin səhmlərinə yatırınlar əldə edə bilərsiniz. Yayda bu şirkətlərin fəaliyyətdə əməlli canlama olur ki, sonradan bu canlanma özünü şirkətin səhm gəlirlərində əks etdirir. Bu hava yolları, tekstil, otel biznesi kimi sahələr də ola bilər. Bu yatırımları internet üzərindən edə bilərsiniz, sadəcə seçici və diqqətli olun, bu yatırımlar sizə gözlədiyiniz gəliri gətirə bilər.

Otaq, velosiped və ya maşın kirayəsi

Turistik bölgələrdə evə sahib olanlar həqiqətən Allahın şanslı bəndələridir. Onların bir çox əlavə gəlir fürsəti var və mövsümdən asılı olaraq, əlavə qazancları yarana bilər. Boş otağın icarəyə verilməsi və ya dəniz kənarına yaxın evlərin kirayə verilməsi buna misal ola bilər. Onlar həmçinin velosiped və ya maşın kirayəsi də təşkil edə bilər. Boş otaqların günlük kirayəsi isə bütün yay ərzində yaxşı gəlir qazandıra bilər. Həmçinin bir neçə velosiped alıb, onları saatlıq kirayəyə vermək olar.  Həmçinin onlar öz maşınlarını kirayə verə bilər və ya özləri sürücülük edərək, həm də maşının təhlükəsizliyindən əmin ola bilərlər.

Bələdçilik və ya tərcüməçilik

Yayda turistlərin çox axın etdiyi yerlərdə bələdçilərə və tərcüməçilərə ehtiyac artır. Bu sizin həm yeni insanlar tanımağınıza, həm də əlavə pul qazanmağınıza kömək edir. Bu praktika bir çox Avropa ölkələrində var, sizi “pulsuz piyada turlar” təşkil edir və turistləri ətrafınıza toplayır, onlara şəhəri gəzdirirsiniz, sonra isə onlar sizə “bəxşiş” verir. Hər şey sizin şəhərini tanımağınıza və turu necə təşkil etmə bacarığına bağlıdır. Bu sahəni inkişaf etdirib, özünüz üçün biznes yarada bilərsiniz.

Camping və Çadır məkanları

Yayla xarakterizə olunan digər bir fəaliyyət növü isə campingdir. Istər çadır campingi, istər də təbii yaşam campingi ilə insanlar şəhər həyatının stressindən uzaqlaşa bilər. istər sahildə, istər də dağ yamaclarında camping yerləri quraraq, pul qazana bilərsiniz. Əlbəttə ki, bundan ötrü lazımı icazə sənədləri almalı olacaqsınız.

Səyyar qida satışı

Yay axşamlarında əlinə yüngülvarı bürmə alıb, yeyə-yəyə gəzən insanları hamımızı görürük, bəlkə özümüz də o insanlardanıq. Sendviçlər, qarğıdalı soyutması, yerli dadlar və s.. səyyar satışlar təşkil etmək gözəl fikir ola bilər. Tətil dövründə belə bir işə girərək, bir çox turistin diqqətini çəkə bilərsiniz. Köz üstü yeməklər, sendviç, isti qütəblər və s.. ayaq üstü yeyiləcək, milli mətbəxtimizə xas yemək çeşidləri.

Üzgüçülük dərsləri

Əgər həqiqətən də üzgüçülükdə bacarıqlısınızsa, pul qazanmaq üçün bu bacarığınızı istifadə edə bilərsiniz. Axı üzməyi bacarmayan o qədər insan var. Siz müxtəlif yaş qruplarında olan insanları fərqli növ  dərslər verə bilərsiniz. Amma bu iş üçün həqiqətən bacarığınız olmalı və heç bir riskə məhəl qoymadan onu etməlisiniz. Sonrası isə asandır, sadəcə necə üzməli olduğunu insanlara sadə dillə izah etmək qalır. Bu həm də sağlamlıq və formada qalmağa kömək edir.

Təşkilatçılıq

Yay mövsümünün gəlməsi ilə toy-düyün, nişan, sünnət, ad günü, açılış mərasımləri kimi bir çox şənliklər daha da aktuallaşır. Bu şənliklər üçün “ən orijinal ideyalar” məndədir deyirsinizsə, və ya mən “hamıdan yaxşı təşkil edərdim” fikri ağlınızdan keçirsə, deməli başlamaq zamanı gəlib. Bu mövsümdə populyarlaşan tədbirlərin təşkilini üzərinizə götürün, həm insanlara kömək etmiş olun, həm də pul qazanın.

Gəlinlər üçün xüsusi əşyalar

Yay aylarının gəlməsi həm də toy mövsümünün başlanğıcıdır. Toy isə bir çox insanın pul qazana biləcəyi adətdir, nə yaxşı ki toylarımız var. sizdə toylrdan öz qazancınızı götürə bilərsiniz.toyları dekorasiya etmək üçün bəzək əşyaları, xonçalar, xına mərasımləri üçün geyimlər, gəlinin rəfiqələri üçün qolbaqlar, taclar və daha nələr hazırlamaq olar. Gəlinlər üçün özəl aksessuarlar hazırlamaq və ya gətizdirmək olar. Təkcə bu sahə üzrə ixtisaslaşıb yaxşı gəlir əldə etməyiniz mümkündür.

Hədiyyəlik əşyalar satın

Tətil və gəzinti məkanlarında, həmçinin istirahət yerlərində hər addımda bəzək əşyalarının, dektorların satıldığının şahidi olursunuz. Hər hansı bir şəhər və ya rarixi hadisə ilə bağlı əl işləri, bəzək əşyaları hər kəsin edə biləciyi bir işdir əslində, amma hər kəs bu növ bacarıqları maddiləşdirib pul qazana bilmir. Əl bacarığınıza güvənir və bir az da əlavə gəlir qazanmaq istəyirsinizsə, bir dəzgah da siz açıb, hədiyyəlik əşyalar hazırlayıb sata bilərsiniz.

Nəticə

Yaz-yay mövsümü  bir çox insanın qarşısında imkanlar açan bir zaman dilimidir. Əlavə gəlir qazanmaq və yay mövsümünü boşa keçirmək istəməyən insanlar, məhz onlara uyğun olan bir çox alternativ tapa bilər. Yaradıcılıq qabiliyyətinizi istifadə edərək, bəzək əşyaları düzəldə, yaz libasları tikə və müvəqqəti döymə işinə girişə bilərsiniz. Xüsusi ilə də tətil yerlərində əl işi olan məhsullar diqqət çəkir. Hədiyyəlik bəzək əşyaları düzəldib sata bilərsiniz və ya artan toy-düyün mərasimlərində yardımçı olaraq pul qazana bilərsiniz. Çətini müştəriləri cəlb etməkdir, sonra isə çox asandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir