364dd1751a6fdc1fade458a8a171a408

20 yaş kiçik arvadını və övladlarını niyə öldürdü? – TƏFƏRRÜAT

Baxış sayı: 1. 304

Mingəçevirdə 57 yaşlı kişi tərəfindən törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.  Nəsimi küçəsindəki mənzildə həyat yoldaşı 37 yaşlı Aynurə Abbasovanı və iki uşağını amansızlıqla öldürən Lazım Hüseynov ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyib.

Araşdırmalar nəticəsində məlum olub ki, 57 yaşlı L.Hüseynov işdən bir qədər gec gəldiyi üçün həyat yoldaşı ilə dalaşıb, sonra isə avtomatla onu güllələyərək öldürüb. Hadisə 7 yaşlı Hüseynlə, 5 yaşlı Mədinənin gözləri qarşısında baş verib. Uşaqların qışqırdığını görən Lazım Hüseynov daha sonra onları bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, L.Hüseynov müharibə iştirakçısıdır. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Mingəçevir Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir