SALAT

Yüngül toyuq və pendir salatını belə hazırlayın – RESEPT

Baxış sayı: 1. 342

İsti yay günlərində insan soyuq havalarda yediyi isti, ağır yeməkləri deyil, yüngül və dadlı təamları dad istəyir. Bu təamlar tərəvəz, meyvə, göyərti və s. ola bilər. Amma onları ayrı-ayrı yox, birlikdə yeyəndə daha dadlı, rəngarəng və iştaha açan olur. Salat insana özünü daha yüngül hiss etdirir, eyni zamanda kökəlməyə qoymur. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə  yüngül toyuq və pendir salatının hazırlanma qaydasını təqdim edirik.

1 nəfərlik/20 dəqiqə hazırlama müddəti/10 dəqiqə bişirmə müddəti

 

İçindəkilər:

 1 ədəd toyuğun döş əti

 Kahı

 100 qr. pendir

 2 ədəd pomidor

 1 ədəd yumurta

 1\4 xiyar

 5 x.q soya sousu

 

Hazırlanması:

1. Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin

2. Kahını yuyub, kənara qoyun.

3. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin.

4. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də.

5. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir