lobio

İftar süfrəsi – 25-ci gün

Baxış sayı: 1. 450

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında dəfə sizə həm sağlam, həm də ki, vegetarian yeməyi  – lobionu təqdim edirik. Bu Livan mətbəxinə aid olan ənənəvi yeməkdir.

Ərzaqlar

Təzə lobya – 60 qram

Soğan – 20 qram

Pomidor və bolqar bibəri – 20 qram

Sarımsaq – 4 qram

Bitki yağı – 5 ml

Qarnir üçün

Buxarda bişirilmiş düyü – 60 qram

Vermişel – 20 qram

Zeytun yağı – 5 ml

Duz – 1 qram

7 bibərin qarışığı – 1 qram

Hazırlanması

Birinci qarniri hazırlayın. Zeytun yağında vermişeli qızardın. Sonra düyü, duz və bibər qarışımını əlavə edin. Bir az su əlavə edib qapağını bağlayın ki, öz buxarında bişsin. Sonra isə lobyanı yuyun və təmizləyin, doğrayın. Bir su dolu qaba əlavə edin və 3 dəqiqə qaynadın. Bir az buz əlavə edin ki, rəngi yerində qalsın. Pomidoru qaynar suya, daha sonra isə soyuq suya salın. Nəticədə qabığını soymaq asan olacaq. Qabığını soyduqdan sonra kub şəklində doğrayın. Soğanı isə doğrayın və qızılı rəng alana qədər bitki yağında qızardın. Ardından isə bişmiş lobyanı, pomidoru, dilimlənmiş bolqar bibərini, sarımsağı və ədviyyatları əlavə edin. 10 dəqiqə bişirin. Lobionu qarnirlə servis edin.

Qeyd edək ki, bu 1 nəfərlik porsiya üçündür.

KEKS

İftar vaxtına az qalmış ürəyiniz şirniyyat istədisə, 10 dəqiqəyə ləzzətli keks hazırlaya bilərsiniz.

Ərzaqlar:

150 qr kərə yağı

65 qr şəkərsiz kakao tozu

200 qr şəkər tozu

2 yumurta

1 çay qaşığı vanil

100 qr un

 

Hazırlanması:

Kərə yağını mikrodalğada təxminən 30 saniyə əridin. Şəkəri, kakao tozu və vanili əlavə edib yaxşıca qarışdırın. Yumurtaları çırpmadan əlavə edin. Unu da tökün və yaxşı qarışdırın. Mikrodalğada keks qabını yağlayın, içinə xəmiri əlavə edin. 4-5 dəqiqə yüksək istilikdə bişirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir