kelem-gul

İftar süfrəsi – 28-ci gün

Baxış sayı: 1. 426

İftar vaxtına az qalıb və siz hələ də həm xeyirli, həm də dadlı nə bişirim deyə düşünürsünüzsə, “Gencaile.az” saytının “İftar süfrəsi” rubrikası sizə dadlı, xeyirli və tez hazırlanan şorbanın, həmçinin quru meyvəli, fındıqlı muffin şirniyyatının reseptini təqdim edir.

İçindəkilər

Gül kələmi – 250 qram

Yaşıl bibər (başqa rəngli bibərlər də ola bilər) – 2 ədəd

Kök – 2 ədəd

Soğan (qırmızı soğan da ola bilər) – 2 ədəd

Kartof – 4-5 ədəd

Sarımsaq – 3-4 diş

Orta ölçüdə pomidor – 5-6 ədəd

Duz

Qırmızı istiot

Cəfəri (olmasa hazır göyərtili ədbiyyatdan və ya başqa göyərtilərdən istifadə etmək olar)

Zeytun yağı

Hazırlanması:

Gül kələmi müəyyən balaca hissələrə ayrılır. Təmiz yuyulur və qoyulur qaz sobasında qaynamağa. İki kökü yuyub, qabığını soyub zövqə görə doğrayıb qaynayan kələmlərin üzərinə əlavə edirik. Bunlar ayrıca qazanda qaynayan zaman pomidorlar yuyulur, qabıqları soyulur və doğranılır. Bibərləri təmiz yuyub, tumlarını təmizləyib orta ölçüdə kub-kub doğrayırıq. Soğanların və sarımsağın qabığını soyub xırda-xırda doğramaq lazımdır. Qaynayan kələm və kökü sobadan alıb suyunu süzüb soyumağa qoyuruq. Kartofların qabığını soyub kub-kub çox da böyük olmayan ölçüdə doğrayırıq. Soğanlar zeytun yağında qovrulur. Sonra üzərinə pomidor əlavə edilir və bir az qovrulduqdan sonra bibərləri də əlavə edib qovururuq. Sonra kartofu əlavə edirik. Kartofu da azca bu qarışımda qovurduqdan sonra 2 stəkən qaynadılmış suyu əlavə edib bişməyə qoyuruq. Kartof bişənə yaxın kələm və kökü əlavə edirik. Və istədiyimiz qədər qaynadılmış su əlavə edirik. Bişməyə qoyuruq. Qaynayan zaman duzu, istiotu əlavə edirik.

Sonda göyərtini əlavə edib sobanı söndürürük.

OLYMPUS DIGITAL CAMERA

Quru meyvəli, fındıqlı muffin

İçindəkilər

Yumurta – 3 ədəd

Şəkər tozu – 1 st.

Süd – 1 st.

Duru yağ -1 st.

Qabartma tozu – 1 paket

Vanil – 1 paket

Toz halına salınmış fındıq – 1 st.

Toz halına salınmış qoz – 1 st.

Quru meyvə – 1 st.

Un – 3 st.

Hazırlanması

Yumurtaları sındırıb, şəkər tozu ilə mikserdə çal. Köpüklənəndən sonra üstünə südü, duru yağı, vanil və qabartma tozunu da əlavə et, mikserlə çalmağa davam et. Sonra unu və quru meyvələri əlavə edib, xəmir halına gələnə qədər qarışdır.Sobanı 170 dərəcə temperaturda qızdır. Muffin üçün xüsusi qablara (formalara) kağız qoyub, yağla və xəmiri onların içinə əlavə et. Zövqə görə hər muffinin üzərinə bir neçə quru meyvə qoy. Muffinləri şişənə qədər bişir. Və soyuduqdan sonra

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir