kakos

Ancaq kişilər oxusunlar

Baxış sayı: 2. 295

Kokos meyvəsi, onun yağı və südü təbii afrodiziak olaraq potensiyanın güclənməsi üçün ən yaxşı vasitədir.
“Gencaile.az” “modern.az”-a istinadən xəbər verir ki, kokosdan istifadə ehtirasları oyatmaq, cinsi fəallığı artırmaqla yanaşı, spermanın kəmiyyət və keyfiyyətinə də müsbət təsir göstərir.
Müntəzəm olaraq idmanla məşğul olanlar, əzələlərini möhkəmləndirən kişilər kokosdan istifadə etməklə orqanizmlərinin enerji balansını tənzimləyə bilərlər.
İstər zehni, istərsə də fiziki işlə gərgin məşğul olan kişilər kokos yeməklə öz yorğunluqlarını çıxara bilərlər.

Tıxaclarda, növbələrdə, iş yerində gərginlik keçirənlər üçün kokos yağı olduqca effektlidir. Hər gün 30 qram kokos yağı qəbul etmək gün ərzində əhvalınızı xoş edəcək, keçirəcək stressinizin qarşısını alacaq.
Adətən kişilər bir çox hallarda dabanlarında yaranan çatlardan şikayətlənirlər. Bundan yaxa qurtarmaq üçün kifayət edər ki, müntəzəm olaraq yatmazdan qabaq kokos yağını dabanınıza sürtəsiniz.
Xanımlardan fərqli olaraq kişilər öz saçlarına qulluq etməyə nə vaxt tapırlar, nə də ki, həvəs göstərirlər. Bu baxımdan da kokos yağı kişilərin köməyinə çata bilər. Şaçınızı kokos yağı ilə yusanız kəpəkdən və zədələnmiş şaçlardan uzaq olacaqsınız.

Kokos ağciyərlərin fəaliyyətinə müsbət təsir göstərir. Siqaret çəkən kişilərin kokos meyvəsindən və onun yağından istifadə etmələri məsləhətdir.

Bunlarla yanaşı, kokos yaddaşın güclənməsinə, qaraciyərin toksinlərdən təmizlənməsinə, immun sisteminə, həzm prosesinə, böyrəklərin normal fəaliyyətinə də xeyirlidir.
Kokosun faydalarını nəzərə alaraq bu meyvədən istifadə etməyə çalışın. Xüsusilə qarşıdan gələn yaz fəslində orqanizminizin vitaminlərə olan tələbatını ödəmək üçün kokosa üstünlük verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir