gobelek

Göbələkli yay salatı və xurmalı mannı halvası – BAYRAM MENYUSU

Baxış sayı: 1. 722

Ramazan bayramının qeyd olunduğu həftənin ilk günündə “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası oxucularına göbələkli yay salatı və xurmalı mannı halvasının hazırlanma qaydasını təqdim edir.

 

GÖBƏLƏKLİ YAY SALATI

1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta boy baş soğan
3-4 x. qaşığı limon suyu
3-4 x.qaşığı zeytun yağı
duz
istiot

gobelek

1. Göbələkləri ortadan iki yerə kəsin.

2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.

3. Bibərləri  və xiyarları  (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).

5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.

 

Xurmalı mannı halvası

Dünən başa çatan Ramazan ayı boyunca orucunuzu açarkən ağzınızı dadlandıran xurma ilə fərqli çeşiddə şirniyyatlar hazırlaya bilərsiniz. Ramazan ayının əvəz edilməz nemətlərindən olan xurmayla hazırlanmış xurmalı mannı halvasının hazırlanma qaydasını təqdim edirik.

xurma

Ləvazimatlar:

500 qram xurma

1 stəkan yarım mannı

1 qəhvə fincanı yer fındığı

150 qram kərə yağı

2 stəkan süd

1 stəkan şəkər tozu

 

Hazırlanması:

Mannı, yer fındığı və kərə yağını bir qazana tökün. Yer fındıqları qızarana kimi qovurun. Süd əlavə edib, mannı köpüklənənə kimi qaynadın. Şəkər tozunu əlavə edib tündləşənə kimi bişirin. İstədiyiniz ölçüdə çuxurlu bir cam götürüb kənarlarına xurma yerləşdirin. Orta qisminə əlinizlə basdıraraq halvanı yerləşdirin. Süfrəyə verərəkən tərs çevirib təqdim edin. Üzərini bir az qaymaq və yer fındığı ilə bəzəyin.

Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir