kishi

SOS: bu peşələr sonsuzluq yaradır!

Baxış sayı: 2. 297

Stressli peşələrdə çalışan kişilərdə sperma səviyyəsi aşağı olur.

Ailem.az-ın xəbərinə görə, çörəkçilər, dönərçilər, aşpazlar, hamam və saunada çalışanlar, qızıl-gümüş istehsalı ilə məşğul olanlar, uzun yol sürücüləri, radioterapiya kimi şüa əhatəsində çalışan tibb işçiləri, həşəratların dərmanlanması və kimyəvi maddələr istehsal edilən fabrik-zavodlarda çalışan kişilər sonsuzluq təhlükəsi daşıyırlar.

Son zamanlarda kişilərdə normal sperma sayı 20 milyondan 15 milyona enib. Bunun da ən vacib səbəbi stress və ətraf mühit faktorlarıdır.Kişilərdə sperma sayında baş verən bu azalma stressli iş şəraiti və daha çox istiliyə məruz qalmaqla əlaqələndirilir.

Sonsuzluq probleminin çoxu kişilərdə sperma azlığı ilə bağlıdır. Stress və yüksək temperatur şəraitində işləyən kişilərdə sperma hərəkətliliyində  azalma və quruluşunda pozulmalar baş verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir