qadinlar

Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir

Baxış sayı: 1. 664

Dəbin və yeni gözəllik etalonlarının formalaşmasında məşhur xanımların rolu böyükdür.

Bu yazıda oxucuları Yeva Mendes, Ancelina Coli, Cennifer Lopes, Cennifer Eniston, Keyt Moss, Keyt Middlton və digər ulduzların fərdi pəhriz fəndləri ilə tanış edirik.

1. Dözülməz dərəcə şirniyyat istəyirsən? Bir-iki dilim tünd şokoladdan imtina etməyin. Aktrisa Belyk Layvli hesab edir ki, bu kiçik qayda pozuntusu ilə şirniyyat ehtiyacını öldürmək mümkündür.

2. Meqan Foks və Sindi Krouford hər gün istənilən salata iki xörək qaşığı alma sirkəsi əlavə edir. O, iştahanı öldürür və yağları yandırır.

3. Yayda qida rasionuna mütləq çiyələk əlavə edin. Qvinet Peltrou hər gün çiyələk yeməklə metabolizmi stimullaşdırır, bu, minimal kalori ilə aclığın öhdəsindən gəlməyə də kömək edir. Əla üsuldur!

4. Karmen Elektrin pəhriz sirri isə qaraciyərin işini fəallaşdıran qreypfrut yağı və ya təzə qreypfrutda gizlənib. Bunun hesabına maddələr mübadiləsi daha sürətlə gedir, artıq kalori yandırılması prosesi sürətlənir.

5. Müğənni Keti Perrinin sevdiyi pəhriz növü göbələklərdir. Hesab edilir ki, yeməli göbələklər immun sistemini stimullaşdırır, yuxusuzluğu müalicə edir və minimum kalori sayəsində toxluq hissi verir.

6. Aktrisa Kristen Uiq öz bədəninə daim qayğı göstərir, ancaq həftədə bir gün öz arzularına qarşı mərhəmətlə yanaşaraq özünə istənilən yeməyi dadmasına icazə verir, qalan vaxtlarda isə pəhriz mühafizəkarlığını pozmur.

7. Ketrin Zeta-Cons karbohidratları yalnız 17.00-dək qəbul edir.

8. Cennifer Enostonun sevdiyi pəhrizi belə səslənir: “Az kalorili dadlı yemək istəyirsiniz? Onun ətsiz versiyasını hazırlayın! Məsələn, lazanya”.

9. Cennifer Lopesin ideal menyusu: Günə protein ilə bşlayın; Nahara isə yaşıl salatla, qızıl balıq və hind toyuğu, şam yeməyinə kiona, qara düyü kimi taxıl bitkiləri.

10. Jizel Byundhenin qüsursuz bədənin sirri: Gündəlik qida rasionun 80%-ni tərəvəz və göyərti təşkil edir. Qalan 20%-i toyuq, ördək və ya qızıl balıq.

11. Kameron Diaz yeməyə qiymət vermir: Heç bir şəkər və çörəkdən istifadə etmir.

12. Keyt Mossun pəhrizi isə çox sadədir. Bunun üçün yeməyi udmazdan əvvəl sadəcə olaraq 10 dəfə yaxşı çeynəmək lazımdır.

13. Dryu Berrimor etiraf edib ki, təcili arıqlamaq istədikdə yaşıl smuzi, liflərlə zəngin qidalar və yorğunluqla mübarizə aparan, stimullaşdıran immun sistemini artıran yosun əlavə edir.

14. Cessika Bil düzgün qidalanmanın sadə prinsiplərinə əməl edənlərdəndir. Paleo-pəhrizin pərəstişkarı olan aktrisa gündə 3-4 məhsulu çiy halda yeyir.

15. Müasir şahzadə bədən quruluşunu necə qoruyur? Meyt Middleton hər gün tərəvəz şorbası və ya ispanaq yeyir.

16. Əla biçimli bədənini Viktoriya Bekhem orqanizmin turşululuğunun azaldılmasına yönələn qələvi pəhrizinə borcludur. Bu sistemin əsas məhsulları bunlardır: Limon, brokkoli, kərəviz, şüyüd, çuğundur, mərəçüyüd, qarpız, avokado və badam.

17. Kiona, darı, teff, eləcə də paxlalılar fəsiləsinə aid olan digər məhsullar Ancelina Coli pəhrizinin ayrılmaz hissəsidir.

18. Yeva Mendes gündə 5 pəhriz xörəyi yeyir. Hər birinin tərkibinə 5 inqrediyent daxildir.

19. Beyonsun ekstremal taktikası ilə belədir: 10 gün ağcaqayından hazırlanmış sirop, qırmızı bibər, limon şirəsi və su. Hesab olunur ki, bu içki bədəndən bütün zəhərləri və əlavə kq-dan azad edir.

20. Cessika Alba klassik metodla formada qalır. Aktrisa yediyi hər məhsulun kalorisini hesablayır. Sutkada 1200 kaloridən çox yemir.

21. Özünü çətinə salmayan aktrisa Demi Mur iştahasını daim nəzarət altında saxlayır.

22. Merilin Monro səhərlər çiy yumurta içərmiş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir