Sultan

UZMAN nədir, kimdir? – Həkim RƏŞAD SULTAN yazır

Baxış sayı: 7. 394

Uzman nədir: uzman mütəxəssis sözünün ərəbcədən türkcəyə tərcüməsidir. Beləliklə, tibbdə uzman – mütəxəssis 6 il ümumi tibb təhsilini aldıqdan sonra ixtisas təhsilini keçib dar ixtisas əldə edən ixtisaslı həkimlərə deyilir. Məsələn, ginekoloq, uroloq, kardioloq və s.

Günümüzdə ölkəmizdə dar mənada Türkiyədə rəsmi şəkildə ixtisas keçənlərə elə Türkiyədə deyildiyi kimi “uzman” deyirlər. Bu həkim qrupunun ümumi özəlliyi budur ki, qardaş ölkədəki təhsil sistemi standartdır və biz uzmanların üç aşağı, beş yuxarı nəyə qadir olduğu, savadının və qabiliyyətinin sərhədləri bəllidir. Amma bu o demək deyil ki, Türkiyədə rəsmi uzmanlıq almayan biri yaxşı mütəxəssis ola bilməz, sadəcə bu standartı tutmaq olmur. Hamı bilir ki, qat-qat qabiliyyətli necə ixtisaslı həkimlərimiz var. Bu o demək deyil ki, kimsə özünə uzman deyə bilməz. İxtisaslı istənilən həkim özünə uzman deyə bilər. Azərbaycanın verdiyi rəsmi ixtisas sənədi ilə həmin sahədə fəaliyyət göstərə bilər. Əksinə, Türkiyədə aldığı uzmanlığı burda rəsmi təsdiq etdirməyənlərin fəaliyyəti qanunsuzdur.
Ümumiyyətlə, heç kimə ilişmək, sataşmaq lazım deyil.
Uzmanlara ilişən dostlarıma: Türkiyə məzunu uzman olmaq həmin ixtisasda müəyyən savad və qabliyyət sahibi olmaq deməkdir və bu hamı tərəfindən çoxdan qəbul olunub. O ki qaldı xasiyyətə, hərə özünə cavabdehdi, təhsil buna qismən təsir etsə də, yekəxanalığın, fırıldaqçılığın müalicəsi yoxdur.
Uzman olmayanlara ilişən dostlarıma: biz uzmanlar o sistemə daxil olub mütəxəssis olmuşuq, relsə düşmüşük. Onlar isə kələ kötür yollarla özlərini inkişaf etdiriblər. Özünü inkişaf etdirən dostlarımıza hörmətim ikiqatdır.
Və sonda: hamımızın bilmədiyimiz şeylər var. Bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Daha çox bildikcə, bilmədiyimizi daha çox fərq edirik. Hamımızın ağırlaşması olur. Hamımızdan narazı qalan, şikayət edən xəstələr olur. İş, professionallıq çox önəmlidir, pul, ümumiyyətlə çox-çox önəmlidir. Amma insanlarla münasibət, sayğı (hörmət), prinsiplərə sadiq qalmaq və dürüstlük bunlardan da önəmlidir.
Onsuz da yetərincə bölünmüşük. Yığışılsın artıq bu söhbət. 
İmza: uzman yox, ginekoloq yox, doktor yox, insan olmağa çalışan Reşad Sultan




1 şərh “UZMAN nədir, kimdir? – Həkim RƏŞAD SULTAN yazır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir