sevgi

Sevgi haqqında təsdiqlənmiş 17 elmi həqiqət

Baxış sayı: 1. 751

“Gencaile.az” “Ailem.az”-a  sevgi haqqında təsdiqlənmiş 17 elmi həqiqəti təqdim edir. Bu yazıdan sonra siz də sevmək istəyəcəksiz.

– Qucaqlaşmaq insan ömrünü uzadır. Qucaqladığı insanla ürək döyüntüsü və bədən istiliyi bir-birini tənzimlədiyindən hər gün 20 dəqiqə qucaqlaşan cütlüklərin daha az ürək problemi yaşadığı və psixoloji problemlərlə nadir hallarda qarşılaşdığı deyilir.

– Qucaqlaşaraq yatmaq gün ərzində baş ağrısı riskini aşağı salır. Qucaqlaşarkən, öpüşərkən ifraz olunan oksitosin hormonu baş ağrısı müalicəsində istifadə olunan dərmanların ana maddəsidir.

– Stressli anda adi bir öpüş belə, stressi azaldır. Hətta stressli ikən sevdiyinin səni öpdüyünü düşünmək də stressi azaldır.

– Göz-gözə baxmaq. Bir-birinin gözlərinə 3 dəqiqə boyunca baxdıqda cütlüyün ürək döyüntüləri və nəfəs alıb vermələri tənzimlənir.

– Sevdiyin insanın şəklinə baxmaq o anda yaşanan fiziki ağrını azaldır.

– İlk baxışda sevgi tam başqadır. Bir insan saniyənin beşdə birində oksitosin ifraz etməklə aşiq ola bilər.

– Kişilərdə ilk baxışda aşiq olma nisbəti qadınlarla nisbətən daha yüksəkdir. Kişilərin 54%-i, qadınların isə 44%-i ilk baxışda aşiq ola bilir.

– Bir-birini cazibədar hesab etməyən insanların bir-birinə aşiq olma şansları yüksəkdir. Münasibətlərin 35%-i bu cür yaranıb.

– Sosial şəbəkələrdə tanış olub sevgili olanların 23-nün münasibəti evliliklə bitir.

– 1936-cı ildə evlənən Lionel və Ellen Buxton bir gecədən artıq ayrı qalmayıblar.

– Qu quşları tək erkəkli olurlar və ölənə qədər bir yerdə qalarlar.

– Dəniz atları da tək erkəklidirlər və quyruqları ilə bir-birindən tutunurlar.

– Yeni aşiq olan insanlarda tez-tez sevdiyini düşünməsinə səbəb olan hormonlar ifraz olunur. Buna görə ağılları havada olur sanki.

– Bir insan sevdiyi insanı əvvəl-əvvəl gözündə ideallaşdırır, müsbətlərini böyüdür və mənfilərini görmür. Buna görə “sevginin gözü kordur” deyirlər.

– Bütün bu səbəblərdən dolayı yaşanılan ayrılıq acısı gerçəkdir. Ürək ağrıları, nəfəs darlığına səbəb olur. Psixoloji olaraq da mənfi təsirlər yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir