emzik

Əmziyi necə tərgitmək olar? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 2. 390

Uşağınızın bütün şəkillərdə ağzında əmzik varsa və o artıq sərbəst yeriyə bilən 2 yaşlı uşaqdırsa, yəqin ki, onun əmzikdən istifadə etməsi sizi artıq narahat etməyə başlayıb.

Həkimlərin məsləhətinə görə 2 yaşdan sonra uşaqların əmzik istifadəsi onlar üçün zərərlidir. Nitq qabiliyyətinin erkən inkişafına mane ola bilər və hətta diş əyriliyi ilə nəticələnə bilər. Ümumiyyətlə, uşaqların soska istifadəsi 2 yaşa qədər məqbul sayılır.

Əmziyi bu qədər pisləmək kifayətdir. Əsas sual burada yaranır: əmziyi necə tərgitmək olar?

İcazə verin, ağlınıza ilk gələn fikirlərin bəzilərini təxmin edim!

Əmziyə acı dad verən hər hansı ədviyyat (istiot) sürtmək?

İkinci variant yəqin ki, evdə olan bütün əmzikləri gizlətməkdir.

Bu iki ənənəvi üsul uşağa çox pis təsir edə bilər.

İstiot sürtmək  – uşağın həmişə sevə-sevə əmdiyi soskanın qəfildən acı dadması onun üçün anlaşılmaz qalacaq və bu ona çox pis təsir edə bilər.

Əmziyi gizlədib verməmək – hər gün əmdiyi soskanın yoxa çıxması uşağı əsəbəşdirib aqressivləşdirə bilər.

Bəs həkim hansı yolu göstərdi? Mən pediatrın verdiyi bu məsləhəti sınaqdan keçirdim, nəticəsi çox uğurlu oldu. Bu halda uşaq özü əmziyi buraxacaq.

Deməli, əvvəlcə evdəki bütün əmziyi toplayıb, uşağa göstəririk. Hansı əmziyi daha çox sevdiyini soruşuruq.  Əgər uşaq bu suala cavab vermək istəmirsə və ya suala cavab vermək iqtidarında deyilsə (hələ danışmağı tam öyrənməyibsə), o zaman onun ən çox istifadə etdiyi əmziyi siz bilirsiniz, uşağın yanında həmin əmziyi siz özünüz seçə bilərsiniz. Çox önəmli məqam odur ki, uşağın gözü önündə ən sevdiyi əmziyi saxlayıb, digərlərini zibil qabına atırsınız. Zibil qabına atdığınızı uşaq mütləq görməlidir! Bu halda digər əmziklərin bir daha olmayacağını biləcək. Qaldı tək bir sevdiyi əmzik. 2-3 gün ancaq həmin əmziyi istifadə etsin, əmin olsun ki, başqası yoxdur. 3 gün sonra hər gün uşaq yatarkən əmziyin ucunu qayçı ilə uşağın hiss etməyəcəyi dərəcədə qısa (lap azca) kəsirsiniz. Bunu uşaq əsla görməməlidir. O qədər nazik kəsməlisiniz ki, uşaq yuxudan oyananda əmziyin kəsildiyini hiss etməsin. Və hər gün (və ya bir gün aralıqla) əmziyi az-az qısaltmağa davam edirsiniz. Uşaq isə bir müddət sonra əmziyin pis olduğunu hiss edəcək və əmzik onun üçün artıq əvvəlki kimi “dadlı” olmayacaq.

Narahat olmayın, bu proses maksimum bir həftə davam edir. Beləcə, bir həftə ərzndə uşağa da zərər vermədən, əmziyi uşaq ÖZÜ tərgidəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir