Dünyaca məşhur, milyonlarla büdcəyə malik filmlərdə belə, bəzən inanılmaz səhvlərlə rastlaşırıq. Həqiqətən bəzən bu səhvləri gördükdə heyrətə gəlirik. Bu qədər işin arasında, onlarla peşəkar insanın gözündən qaçmış səhnələr filmlərin təqdimatından sonra böyük müzakirələrə, qalmaqallara səbəb olur.
Beləliklə, dünyanın ən məşhur filmlərində baş verən inanılmaz səhvləri təqdim edirik:
2001-ci ildə ekranlara çıxan “Üzüklərin hökmdarı” filmi bir andaca dünyanın ən məşhur filmlərindən birinə çevrilir. Lakin filmdə bir epizod var, Gandalf sehirli əsası ilə düşmənini bir anda havaya uçurdur. Lakin həmin səhnədə düşmənin necə uçduğu açıq-aşkar görünür, belə ki, aktyorun belinə bağlanmış kəndir diqqəti cəlb edir.
“Böyük ürək” filmində də inanılmaz səhv gözdən qaçıb. Bütün dünyanın izlədiyi filmdə, eləcə də bütün dünyanı şoka salan səhv şapkalı kişinin epizoda girməsidir. Beləliklə şapkası ilə arxada rahat görünən kişi filmi pis vəziyyətdə qoyub.
Dünyaca məşhur “Troya” filmi. Filmdə bred Pitin başı üzərindən təyyarə keçir.
Məşhur “Şeytan” filmində isə qrim səhvi ortaya çıxıb. Zamanında hər kəsin həyəcanla izlədiyi filmdə qrim ustası aktyorun qulağını qrim etməyi unudub.
“Karib dənizinin quldurları” filmində isə bir neçə səhv kinosevərlər tərəfindən aşkarlanıb. Bir epizodda məlum olur ki, Sərçə Cek məşhur “Adidas” firmasının bandasını geyinib.
Digər epizodda isə epizoda müasir geyimli kişi görünür.
Digər səhvlər isə milyonlara büdcə malik “Titanik” filmində yaşanıb. Belə ki, bir epizodda filmi çəkən operator qapının şüşəsində görünür.
Digər epizodda isə gəminin göyərtisi görünüşcə fərqli görünür.
“Möhtəşəm Yüzil” serialında da səhvlər tamaşaçıların gözündən qaçmayıb. Bir epizodda Sultan Süleymanın arxasından radioqüllə açıq-aşkar görünür.