Elə bilirsiniz, öz zəngin soykökü ilə qürür duyub, el-aləmə car çəkən tək bizik? Sən demə, bu dünyanın hər yerində belədir. Son günlər sosial şəbəkələri dünya ulduzlarının özlərindən də məşhur əcdadları haqda xəbərlər bürüyüb. Hər gün şan-şöhrət dalğalarında üzən bu tanınmışların ulu babalarının özlərindən qat-qat məşhur olduqlarını öyrənəndə, çox təəccüblənəcəksiniz.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən dünyaca məşhur insanların tanınmış əcdadları haqda yazını təqdim edir:
Beyons və Qustav Maler
Tanınmış ifaçı Beyonsun XIX əsrdə yaşamış avstriyalı bəstəkar və dirijor Qustav Malerlə qohumluq əlaqələri aşkarlanıb. Müğənninin musiqi istedadı da yəqin ki, bundan irəli gəlir.
Sindi Krouford və Ernest Heminquey
Supermodel Sindi Krouford əfsanəvi yazıçı ilə qohumluq bağlarının olduğunu təsdiqləyir. Ümumiyyətlə, məşhur modelin soykökləri zəngindir. Son zamanlar o, Dahi Karlla da, qohum olduğunu öyrənib.
Robert Pattinson və Qraf Drakula
“Alatoranlıq” filmində vampir obrazını canlandıran Pattinsonun həqiqətən vampir əcdadlarının olduğu sübuta yetirilib. Aktyorun “Drakula” romanının baş qəhrəmanının prototipi olan Vlad Drakula ilə qohumluq bağları üzə çıxıb. Bu fakt bir daha sübut edir ki, vampir obrazını Robert Pattınsondan yaxşı heç bir aktyor canlandıra bilməzdi.
Corc Kluni və Avraam Linkoln
Sevilən Hollivud aktyoru Corc Kluni ilə Amerika xalqının milli qəhrəmanı Avraam Linkoln arasında qohumluq əlaqələri var. Məlum olub ki, Kluni ilə Linkolnun ana tərəfdən bir-birinə qohumluğu çatır.
Coni Depp və II Yelizavetta
Öz əsil soyu ilə qürurlana biləcək növbəti ulduz Coni Deppdir. Sən demə, Hollivudun yaraşıqlı aktyoru ingilis kraliçası ilə qohumdur. Onlar hər ikisi Kral III Eduardın nəslindəndirlər.
Benedikt Kamberbetç və İngiltərə kralı III Riçard
“Şerlok” seralının sevilən siması sayılan Benediktin kral III Riçardın soyundan olduğu aşkarlanıb. Deyilənə görə, “Boş tac: qızılgüllərin savaşı” filmində öz əcdadının obrazını canlandıran Benedikt film çəkilişləri zamanı bu faktdan xəbərsiz olub. Onlar arasındakı bənzərlik danılmazdır.
Madonna, Selin Dion və Hersoginya Kamilla Parker
Məşhur müğənnilərşahzadə Çarlsın ikinci həyat yoldaşı Kamilla Parketlə qohumdurlar. Hər 3 xanımın əcdadı fransız əsilli Zahari Klütye adlı dülgərdir.
Bred Pitt və Barak Obama
Yəqin ki, ən maraqlı və təəccüblü qohumluq bağlarından biri də budur. Yaraşıqlı Hollivud aktyoru Bred Pittlə eks ABŞ prezidenti Barak Obama qohumdurlar. Onların əcdadı XVII əsrdə yaşamış Edvin Hikmandır.
Leyla Sarabi