yoqa

Üz yoqası nədir, necə edilir? – QAYDA

Baxış sayı: 2. 027

Gündə vaxtınızdan sadəcə 30 dəqiqə ayıraraq edəcəyiniz üz yoqası əksər dünya qadınlarının yüz illərdir bəhrələndiyi gənclik formullarından biridir.

“Gənclik yoqası'” olaraq da adlanan üz yoqasını kəşf eden 64 yaşlı Lourdes Çabuk 4 uşaq, 7 nəvə sahibdir. Buna baxmayaraq, illərə meydan oxuyur. Qadınların qorxulu yuxusu olan qırışların düşməni hesab edilən üz yoqası bir çox tanınmış qadınlar tərəfindən də yerinə yetirilir. Edə biləcəyiniz sadə üz yoqası hərəkətləri ilə gəncliyinizi qoruyub saxlaya bilərsiniz.

Üz əzələlərini düzgün şəkildə hərəkət elətdirən üz yoqası həm üzün, həm də bədənin sağlam və gənc qalmasına kömək edir. Müntəzəm olaraq gün ərzində ən az 15-30 dəqiqə edilməlidir.

Bəs üz yoqası necə edilir? “Gencaile.az”  üz yoqasının qaydasını təqdim edir.

 

  1. Dərindən nəfəs alıb verin. Sonra nəfəsinizi tutub, 5 saniyə saxlayın. Orta barmaqlarınızla alnın orta qisminə yavaşca vurun.
  1. Dərindən nəfəs alıb verin. Bu zaman əlinizin tərsi ilə qaşlarınızı qaldırıb 2 dəqiqə saxlayın.
  1. Dərindən nəfəs alın. Nəfəsinizi 5 saniyə tutub saxlayın, dodaqlarınızı aşağıya doğru dartın, yanaqlarınızı şişirdin.
  1. Dərin nəfəs alın. Geniş gülümsəyin, ağzınıza qələm alın və 2 dəqiqə onu saxlayın.
  1. Başınızı aşağı dikin. Ağzınıza aldığınız qaşığı aşağı-yuxarı 2 dəqiqə boyunca hərəkət elətdirin.
  1. Qaşlarınızı əllərinizlə yuxarı dartın. Nəfəsinizi tutub saxlayın. Bir neçə saniyə belə gözləyin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir