399

Dövlət başçılarını yoldan çıxaran MƏŞUQƏLƏR: İNANILMAZ FAKTLAR

Baxış sayı: 1. 670

Oskar Uayld deyirdi ki, qadınlar anlaşılması üçün deyil, sevgi üçün yaradılıb. Bu yazıçı zərif cinsin nümayəndələrini əksər kişilərdən daha yaxşı başa düşürdü. Əlbəttə, ziddiyyətli fikirdir, ola bilsin ki, onu belə düşünməyə vadar edən amil, tanınmış qadınların bir çoxunun öz zəkasının hesabına deyil, gözəllikləri və məşhur kişilərin məşuqələri olaraq tarixə düşə bilmələridir.

Bəzi məşuqələr heç də xüsusi gözəlliyə malik deyildilər, amma nədənsə onlar, yenə də öz kişilərini məftun etməyə bacarıblar.

“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda tarixin ən məşhur məşuqələrinin bir neçəsi haqda danışacağıq.

 

Valeriya Messalina

Bu xanım tarixdə ən pozğun qadınlardan biri kimi qaldı. İmperator Klavdiyin arvadı olan Valeriya, öz yüksək statusuna baxmayaraq, Romada sözün əsl mənasında şəhvət və əxlaqsızlıq təcəssümü idi. Messalina eramızın I əsrində yaşayıb. Müasirlərinin xatirələrində yazılır ki, o, hətta Nerondan daha pozğun olub. Baxmayaraq ki, Neron vəhşi orgiyalarla, sarayda uşaq hərəmxanalırının yaradıcısı kimi məşhur idi. Messalina haqqında yazılan qeydlər də vurğulanır ki, o, Roma fahişəxanalarına gələrək, orada fahişələrdən birinin yerini tuturdu. Yalnız belə öz ehtirasını qane edə bilirdi. Valeriyanın gözündən heç bir yaraşıqlı kişi yan keçə bilməzdi. Onun bu cür davranışları uzun müddət davam etdi, çünki imperator olan ərinin başı özünə qarışmışdı. Lakin Valeriya daha da irəli gedərək, öz kişilərindən birini – Qay Siliyi hakimiyyət kürsüsündə oturtmağa çalışırdı, amma sui-qəsd baş tutmadı, özü Messalina isə imperatorun əmri ilə 28 yaşında qətlə yetirildi. Tarixçilər deyirlər ki, həmin anda qadın artıq sifilisə yoluxmuşdu, ona görə də bu cür ölüm onun əxlaqsız və biabırçı həyatının sonu üçün çox da pis sayılmırdı.

Kleopatra

Bu qadın ən müdrik məşuqələrdən hesab edilir. Lakin o, zahirən gözəl deyildi. Üstəlik, Kleopatra qədim dünyanın ən qalmaqallı personajlardan biri sayılır. Kleopatra ilə keçirilən gecə hər bir yeni məşuqun həyatı bahasına başa gəlirdi. Bununla belə məşum gözəl kişiləri özünə cəlb edə bilirdi. Kişilər bilə-bilə ki, səhər canları alınacaq, onunla bir gecə keçirməyə razı olurdular. Kleopatra heç bir kompromisə getməyərək öz sevgililərini öldürməyə davam edirdi. Qədim Misir mütəxəssisləri onu ilk azad məhəbbətin tərəfdarı adlandırırlar. Həddən artıq pozğunluğu ona, yaxşı hökmdar olmağa mane olurdu. Həmçinin o, Sezar üçün sadə və ağıllı biri kimi görünsə də, Mark Antoni üçün isə şəhvani ləzzətlər almaq subyekti idi. Məhz son məşuqu Mark Antoni onun faciəsinə səbəb oldu, cütlük Romaya qarşı müqavimət göztərməyə qərara aldılar və canlarını qurban verdilər.

Frina

Bu yunanıstanlı qadın həm də öz gözəlliyilə fəxr ediləsi şəxs idi. Yazırdılar ki, Frina çox utancaq olub, könülsüz soyunurdu. Hətta o, öz kişilərini qaranlıqda qarşılayırdı. Dövlət rəsmiləri ondan əl çəkə bilmirdilər. Nəticədə onu, dövlətçiliyə təhdid kimi qiymətləndirərək edam etməyi qərara alırlar. Edam zamanı Frina tamam soyundurulur və camaat onun mükəmməl bədənini görür. Edam ləğv edilir, çünki qərara gəlirlər ki, belə ilahi gözəlliyə malik olan şəxsin qəlbi pis ola bilməz.

Tais Afinskaya

Bu ötkəm qadın Makedoniyalı İsgəndəri məftun etməsi ilə məşhurlaşıb. Öncə hər hansı bir xəzinə və ya sərvət qarşılığında böyük sərkərdə ilə birlikdə olmaqdan imtina edirdi. Halbuki o, fahişə idi. Qadın Aleksandra bildirirdi ki, onun ürəyini qazanmaq lazımdır və o zaman birlikdəlik mümkün olacaq. Sonradan Tais Misir çarı I Ptolemeyə ərə gedir.

U Xu

Tan sülaləsindən olan bu çin kraliçası ölkədə qadın üstünlüyünün bərqərar olmasını bəyan edir. Bunun üçün saray etiketində bir sıra qaydalar dəyişdirildi. Yüksək vəzifəli şəxsləri özünə cəlb edərək, intim fantaziyalarını gerçəkləşdirirdi. Kraliça haqqında qədim rəsmlərdə bu cür mərasimlər qeydə alınıb.

Şəhrizad

Bu qadın öz ağlı ilə tarixə düşə bilib. Sultan Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O, qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki, evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı Şəhrizad şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizad hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

Elizabet Batori

Bu qadın tarixə qanlı qrafinya adı altında düşə bilib. Pozğun qadının çoxlu məşuqları olub, ən tanınmışı isə rəssam Karavadjo hesab edilir. Yazılara görə, o, rəssam üçün yalnız bədənini satan qadın kimi yox, həm də əsl sevgi ilahəsi idi. Müasirlərinin xatirələrində qeyd olunanlara görə, Batori ilahi gözəlliyə malik idi, ölümünə qədər də gözəl qalır. Çünki, qrafinya qətlə yetirdiyi bakirə qızların qanında çimirdi. Onun qurbanlarının sayı təxminən 600 qadın olur, onların arasında adi qulluqçu və kəndlilərdən savayı, həm də nəcib nəslin nümayəndələri də var idi. 1611-ci ildə 50 yaşlı sadist qadını məhkəməyə çəkirlər. Onun ölümündən sonra beş uşağı da harasa yoxa çıxır, bütün qızıl və torpaqları hökmdarın əlinə keçir. Batori pozğun, 600 bakirənin qətlində günahkar, qaniçən qatil kimi tarixdə mənfi də olsa iz buraxa bilir. Macarıstanın özündə isə qadını vampir adlandırılar. Hesab edirlər ki, o, öz əməllərinə görə qraf Drakuladan heç də geri qalmırdı.

Markiza de Pompadur

Kral XV Lüdovikin məşuqəsi olan bu qadın, həm də Avropa siyasətində mühüm rol oynayıb. Orta əsr yazarlarına görə, Pompadur o dərəcədə azmışdı ki, gün ərzində 10 dəfə müxtəlif tərəfdaşları ilə sekslə məşğul ola bilərdi. Falçılar daha 9 yaşında olanda Janna Puassona – gələcək markiza Pompadura, kralın sevgisini söz veriblər. Bir gün saraydan olan sevgililərinin biri ilə saraydaxili məclisdə iştirak edir. Orada XV Lüdovik ilə tanış olur. Hökmdarı qızın davranışı maraqlandırdı, üzünün pərdəsini açanda isə kral tamamilə gənc qıza aşıq olur.

Jozefina

Napoleonun seçdiyi bu gözəl, böyük sərkərdə ilə tanış olduğu zaman 30 yaşı və iki övladı var idi. Lakin o, zahirən qüsursuz görünürdü. Bonapart hər kəsə əmrlər verirdi, lakin Jozefinanın qarşısında sanki özünü itirirdi, ona qarşı zərif, ehtiraslı hisslər keçirirdi. Qadının Napoleon üzərində qələbəsinin sirri isə sadə idi: Jozefina əla dinləyici idi. Müdrik qadın öz sevgilisinin qərarlarına daim dəstək verir, o nə edirdisə xoşlanırdı. Buna görə də, mükafat olaraq o, Fransanın ilk imperator qadını olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir