OFIS

Evinizdəki dağınıqlığı asanlıqla necə toplaya bilərsiniz?

Baxış sayı: 1. 520

Evinizin, otağınızın, şkafınızın dağınıqlığından narahat olmağa başlamısınız? Əşyalarınız evinizə sığmır, yaşadığınız məkanda rahat və geniş sahələrmi yaratmaq istəyirsiniz? Elə isə Marie Kondonun KonMari metodunu sınayın. Son zamanlarda adını tez-tez eşitdiyiniz ekspert Marie Kondonun qazandığı şöhrət heç də boşu-boşuna deyil. Kondo uşaqlıqdan bəri ev xərcləri və səliqə ilə maraqlanması ilə yanaşı, evdə və işdə fərqli orqanizasiya texnikaları üzərində işləyərək ailəsini və ətrafını təəccübləndirib. O, ən çox satılanlar siyahısında tez-tez gözümüzə dəyən kitabını keçdiyimiz illərdə yayımlayaraq bu texnikaları bizimlə də bölüşdü. Kitabında bacı-qardaşlarının otağına gizlincə girib istifadə edilməyən oyuncaqlarını və geyimlərini atdığını, sinifdəki kitabxananı və dolabı boşaltdıqdan sonra yenidən yerinə yığdığını yazan Kondonun səliqəsinə heyran qalmamaq mümkün deyil. Əşya atmaq mövzusundakı davranışları keçmişdə psixoloji narahatlıqlara səbəb olub, amma Kondo bunlardan dərs çıxarıb. Atmağa yox, əlində saxlamağı istədiyi şeylərə, onu xoşbəxt edən əşyalara diqqətini yönəldib. Kitabının uğurundan sonra müştəri sayında partlayış yaşayan, filmlərə mövzu olan, fenomen halına gələn Kondo Spark Joy adlı yeni kitabını keçdiyimiz həftələrdə yayımladı. Həyatımızı sadələşdirərək bizi daha xoşbəxt edəcəyinə inandığımız bu kitabı oxumağı səbirsizliklə gözləyirik. Amma əvvəlcə Kondonun bir çox insana ilham verən texnikalarından bəhs edək.

EV

Sizi xoşbəxt etməyən əşyaları atın

Marie Kondonun bu mottosunu mənimsəmək daha səliqəli, sadə, komfortlu bir həyat üçün əsas prinsipdir. Nələrin sizə xoşbəxtlik verib-vermədiyini anlamaq üçün bütün əşyalarınızı bir yerdə toplamalı, hər birini mütləq əlinizə alaraq nəzər salmalısınız ki, enerjisini tamamilə hiss edəsiniz. Əgər xoşbəxtlik vermirsə, ona ehtiyacınız olub-olmadığını düşünmədən atmalısınız.

Əşyaları bənzərliklərinə görə yığın

Əşyaların da insanlar kimi bənzərləri ilə birlikdə olması pozitiv təsir yaradır. Rənglərinə, materiallarına, boyuna görə yaradacağınız kateqoriyaları göz önünə alaraq yerləşdirə bilərsiniz.

Əşyalarınızı dik yerləşdirin

Geyimlərinizi, dəsmallarınızı üçbucaq şəklində qatladıqdan sonra dik bir şəkildə düzmək həm yerdən qənaət etməyinizə, həm də siyirmələrinizin içindəki hər şeyi rahatlıqla görməyinizə kömək edəcək.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir