solaxay

Solaxay uşaqların valideynləri nələrə diqqət etməlidir?

Baxış sayı: 1. 594

Ən vacib məqam uşağın ən çox istifadə etdiyi əlin hansı olduğuna qərar verməkdir. Uşaqlar adətən 7-9 aylıq olduğu zaman əl seçimlərini büruzə verməyə başlayırlar. Bir çox uşaq 2 yaş ətrafında solaxay olub-olmadığını bəlli edir. Ancaq ən çox istifadə etdiyi əlin dəqiqləşməsi məktəbə başlayana qədər davam edə bilər.

Hansı əli daha çox istifadə etdiyini anlamağın ən yaxşı yolu onun hərəkətlərini müşahidə etməkdir. Yemək yeyərkən hansı əlini daha çox işlədir? Şəkil çəkərkən hansı əlindən istifadə edir? Azyaşlı uşaqlar hər iki əllərindən də istifadə edə bilərlər. Ancaq vaxt keçdikcə hansı əldən istifadə etməyin daha rahat olduğuna qərar verib, həmin əli daha çox istifadə etməyə başlayacaqlar. Yemək yeyərkən, qələmlərdən istifadə edərkən sol əldən istifadə edirsə, tək ayaq üstə durmaq lazım olanda sol ayaq üstə durursa, hər hansı bir şeyi qarışdırdıqda və ya fırlatdıqda saat əqrəbinin tərsinə çevirirsə, solaxay olma ehtimalı yüksəkdir.

Əgər uşaq solaxaydırsa, valideynlər qətiyyən onu sağ əldən istifadə etməyə məcbur etməməlidir. Əks halda bu, psixoloji çətinliklər və öyrənmə problemləri kimi bir çox mənfi nəticələr meydana gətirə bilər. Uşaqların çətinlik çəkdiyini gördükləri zaman onlara kömək etməli və bu halla bağlı birlikdə müzakirələr aparmalıdırlar.

Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

– Evdə və sinifdə ona uyğun dəyişikliklər edilməsi uşağın işini asanlaşdıra bilər.

– Müəllimə bununla bağlı məlumat verilməsi, uşağın sinifdəki fiziki mühitini nizamlamaq baxımından vacibdir. Misal üçün sıranın sol tərəfində oturmaq onun üçün daha rahat olacaqdır.

– Solaxay olmasını düzəltmək yerinə uşağın çətinlik çəkdiyi şeyləri müəyyən edib, dəstək vermək, güclü olduğu sahələri inkişaf etdirməsinə kömək etmək lazımdır.

– Sol əlindən istifadə edən bir uşaqda danışmağı öyrənməkdə problem olarsa və ya məktəbə başlayarkən oxuma-yazma problemləri yaranarsa, mütəxəssisə gecikmədən müraciət edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir