Törətdikləri cinayətlərə görə həbsdə yatan canilərə qurbanlarını hansı kriteriya üzrə seçmələri ilə bağlı sual ünvanlanıb. Onların cavabında ortaya dəhşətli faktlar çıxıb.
“Gencaile.az”-ın xarici mediaya istinadən bildirdiyinə görə, cinayətkarlar ilk olaraq qurbanlarının saç düzümünə fikir verirlər. Hörük, at quyruğu və tuta biləcəkləri istənilən saç düzümü olan qadın. Yəni onları uzun saç daha çox cəlb edir. Vəhşi “ovçu”lar qısa saçlı qadınları sevmirlər.
Diqqəti cəlb edən ikinci nüans paltardır. Çünki canilər paltarı asanlıqla çıxarıla biləcək qadına hücum edir.
Həmçinin telefonla danışan, çantasında nəsə qarışdıran qadınlar onlar üçün rahat ovdur. Belə qadınları qəflətən hücum edib, tutmaq asandır.
Qadınları daha çox supermarket, ofis dayanacaqlarından və ictimai tualetlərdən oğurlayırlar.
Adətən cinayətkar qadını cəld oğurlayıb, kimsəsiz yerə aparmağa çalışır.
Əgər hay-küy salsanız hücumçu sizi sakitləşdirməyin çox vaxt aparacağını düşünüb “qurbanını” buraxar. Amma cinayətkarın mərhəmətinə ümid edərək bunu çox “qurban” etmir.
Məhbusların dediyinə görə, əlində çətir və buna bənzər əşya olan qadına yaxınlaşmırlar. Səbəb isə yəqin aydındır.