GEYIM

Mövsümün təkrəng tendensiyası

Baxış sayı: 1. 756

Çəhrayı, yaşıl, sarı və onun kimi parlaq rəngləri bir dəstdə geyinmək kifayət qədər təhlükəli dəb oyunudur. Amma başdan-ayağa ayağa ürəyinizcə olan bir rəngə bürünmək sizi daha yadda qalan edəcək, üstəlik monoluk (təkrəng) mövsümün ən dəbli tendensiyasıdır.

Klassik dəstlər artıq bir neçə ildir ki, aktuallığını qoruyub saxlayır. Bu yayın ən uğurlu varianı isə rəngli kostyumlardır. Amal Kluni, Keyt Middlton, Bricit Makron, Melaniya Trapm, Viktoriya Bekhem, Tilda Suinton və başqaları belə geyimlərin ən böyük pərəstişkarlarıdır. Bej çalarlı stilettolar belə ansamblların ideal tamamlayıcısı hesab olunur.

Əlbəttə ki, başqa yolla da getmək və monoluka başqa kontrast rəngli ayaqqabılar əlavə etmək olar. Viktoriya Bekhem və Heyli Bolduin bunu öz dəstlərində məharətlə tətbiq edirlər.

Əgər bu tendensiya sizin üçün çox cəsarətli, kostyumlar isə darıxdırıcıdırsa, onda sadəcə olaraq bir rəngə sadiq qalın.

geyim8 Geyim 1 geyim 2 geyim 3 geyim 4 geyim5 geyim6 geyim7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir