ciyelek

Çiyələyin faydaları və zərərləri

Baxış sayı: 3. 476

Rəngi, qoxusu və dadına görə ən sevilən meyvələrdən biri olan çiyələyin həm faydalı, həm də zərərli xüsusiyyətləri var. Tərkibində bol miqdarda fosfor və dəmir olan, B, C, K vitaminləri ilə zəngin olan çiyələyin aşağıdakı faydalarını sadalaya bilərik.

Faydaları:
-Revmatizm ağrılarını yüngülləşdirir
-Onun tərkibindəki turşular iltihabın yaxşılaşmasına kömək edir və xroniki xəstəliklərə qarşı qorunmanı təmin edir
-zehnin işinə müsbət təsir göstərir
-çiyələk beyin funksiyasını inkişaf etdirərək “Alzheimer” xəstəliyinə tutulma riskini azaldır
-həzmi asanlaşdırın qəbizliyi aradan qaldırır
-çiyələyə qırmızı rəng verən maddə infarkt riskini azaldır və damarlardakı qan dövranını tənzimləyir
-o, qırtlaq, yemək borusu xərçənginə qarşı təsiri ilə seçilir
-çiyələk yemək susuzluğu aradan qaldırır
-çiyələk suyu üz dərisini canlandırır.

Çiyələyin dəriyə faydasını qeyd etmişkən, dəri yağlanmasını azaldan çiyələk maskasının reseptini verək:

Tərkibi:
Bu maska üçün 2-3 ədəd çiyələk əzməsi, 1 çay qaşığı limon suyu lazımdır.

Hazırlanması:
Çiyələkləri yaxşıca əzin, əzilmiş çiyələyin üzərinə 1 çay qaşığı limon suyunu əlavə edin. Bu qarışığı üzünüzə masaj edərək tətbiq etdikdən sonra 10 dəqiqə gözləyin. Sonra üzünüzü su ilə təmiz yuyun. Bu maskadan həftədə bir dəfədən artıq istifadə edilməsi məsləhət görülmür.

Çiyələk nə qədər faydalı bir meyvə olsa da digər qidalar kimi bəzi əks təsirləri də var. Həddən artıq istifadə edildikdə bəzi problemlərə yol aça bilər.

-böyrəklərində daş meydana gəlməsi ehtimalı olanlara çox miqdarda çiyələk qəbul etmək məsləhət görülmür
-həddən artıq istifadə mədə göynəməsi və köp yarada bilər
-dağ çiyələyi çox qəbul edildikdə qida zəhərlənməsinə səbəb ola bilir
-bəzi hallarda allergiyaya səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir