gunes

Günəş qoruyucu krem çəkərkən BUNLARA ƏMƏL EDİN

Baxış sayı: 1. 404

Yayda dəriyə xüsusi diqqət və qulluq göstərmək lazımdır. Dəri yaşlanması, ləkələr və dəri xərçəngi təəssüf ki, yayda edilən səhvlərdən qaynaqlanır. Dəniz, hovuz, qum və günəş şüalarından yararlanırsınız. Lakin bunlar həm də dərinin tarazlığını pozur. Günəşin zərərli ultrabənövşəyi şüalarından qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Bəs günəşdən qorunarkən hansı səhvləri edirik? Türkiyəli dermatoloq Funda Güner günəş qoruyucu krem istifadəsi zamanı ən çox etdiyimiz səhvlərdən danışıb. “Gencaile.az” onları təqdim edir.

Günəşdən qoruyucu vasitələr fiziki, kimyəvi və ikisinin də tərkibi olmaqla üç tipə ayrılır. Fiziki qoruyucular dəridə baryer meydana gətirirlər. Günəşdə çox qalmaq məcburiyyətində olduqda allergik və ya həssas dərisi olanlar, uşaqlar və hamilələr istifadə edə bilərlər. Akne problem olanlar su əsaslı günəş qoruyucu məhsullardan istifadə etməlidirər: “Yağlı məhsullar məsamələri tıxayır, yeni sızanaqların meydana gəlməsinə zəmin yaradır. Quru dərisi olanlar dərini nəmləndirməsi üçün krem formalı vasitəyə üstünlük verməlidirlər. Ləkələri olanlar örtmə xüsusiyyəti olan və bədən rəngində SPF 50 tonal kremi kimi dermo kosmetik xüsusi məhsulları seçə bilərlər. Dəniz və hovuzda uzun müddət vaxt keçirənlər, açıq havada idman edənlər və tərləməyə meylli insanlar suya davamlı (Waterproof) xüsusiyyəti olan qoruyucu istifadə etməlidilər. Çünki bu məhsullar suda qalanda və ya islandıqda qoruyucu təsirini 40-80 dəqiqə saxlaya bilirlər”.

SPF 30 tərkibli qoruma məhsulu şüaların 97 faizini blok edir. SPF 50 isə 98 faizinə maneə törədir. Bu səbəbdən də 50 faktordan yuxarı olan günəş qoruyuculara üstünlük vermək şərt deyil, çünki qorunma müddətini uzatmır: “ Günəşdən qorunmaq istəyərkən ən çox edilən səhvlərdən biri də günəş kreminin çimərlikdə sürtülməsidir. Kremin dəri tərəfindən əmilib qoruyucu xüsusiyyətinə başlaması üçün təxminən 30 dəqiqə lazımdır. Bu səbəbdən də ən ideal variant kremi çölə çıxmazdan 20-30 dəqiqə əvvəl, mümkünsə ayna qarşısında və geyinmədən öncə sürtməkdir. Üz və bədən üçün krem və ya losyon formasını seçin”.

Günəş şüalarının ultrabənövşəyi A dalğaları pəncərə, pərdə və avtomobil şüşəsindən də keçir. Bu səbəbdən də dərinin yaşlanmasıyla əlaqədar dəri xərçəngi inkişafı baxımından daxili mühitlərdə də təsirlənə bilərsiniz. Daxili mühitlərdə SPF-i 15 olan məhsul istifadə edə bilərsiniz. Bundan başqa, məhsulun ultrabənövşəyi şüalardan qoruma özəlliyi olmasına da diqqət edin. Evdə tərləmədiyiniz və suya girmədiyiniz üçün 8 saata qədər qoruyan məhsullar də istifadə edə bilərsiniz: “Çətir altında olsaq da, şüalar çimərlikdə qumlardan, həmçinin dəniz və hovuz kənarında da sudan əks olunaraq bizə çatır və şüaların 34 faizinə  məruz qalırıq. Bağlı havada günəşi görməsək də, zərərli ultrabənövşəyi şüalarının 80 faizi buludlardan süzülür və dərimizə təsir edir. Səhərlər çəkilən günəş qoruyucunun gün boyu təsirinin davam etdiyini düşünmək səhvdir. Günəş qoruyucuları ultrabənövşəyi şüaların sıx olduğu vaxtlarda – saat 10.00-16.00 arasında 2 saatdan bir çəkmək lazımdır. Bundan başqa, hovuza və ya dənizə girməyi gözləməyib vurmaq məsləhətdir”.

 

Dodaqlarınızı unutmayın

Bədənimizdəki digər bölgələr kimi, dodaq və göz ətrafı də ultrabənövşəyi şüalardan təsirlənir. Dodaqlarda dəri kimi tündləşərək özünü qoruma xüsusiyyəti yoxdur və sürtülən kremlər SPF-li dodaq kremi deyilsə, çox tez təsirini itirir: “Dodaq bölgəsi daha müdafiəsiz olduğu üçün məhsulların dəriyə nisbətən daha tez-tez çəkilməsi lazımdır. Göz ətrafı isə olduqca həssas bir toxuma olduğundan bu sahədə xüsusi “stick” tərzli məhsullarla qorunmaq tələb edir. Əks təqdirdə krem buxarlanaraq təsirini itirir və ya tərlə birlikdə gözdə yanma, yaşarma və ya göz ətrafında dəridə həssaslıq meydana gətirə bilər”.

Saçlarınız açıqdırsa, sprey tərzində şəffaf bir günəş qoruyucu istifadə etmək uyğun olar. Bu məhsullar narahatedici krem təbəqəsi və yağlanma yaratmır. Qırışlara qarşı əllərə də günəş qoruyucu sürtmək məsləhətdir: “Üz üçün istifadə edilən günəş qoruyucu məhsulların yağ nisbəti akneyə səbəb olmayacaq səviyyədə olmalıdır. Çivzə və ya allergiyaya meylli dəriniz varsa, bədən məhsullarını üzünüzə istifadə edə bilərsiniz. Çünki spirt ehtiva edən qoruyucular üz dərisini qurudur və zədələnməyə səbəb olur. Buna görə dəriniz qurudursa, krem, yağlıdırsa, losyon tərzində və su əsaslı günəş qoruyucuları seçin”.

 

Kremin də ömrü var

Günəş qoruyucu məhsulların paketi açılmayıbsa, 3 il ərzində istifadə edilməlidir. Uyğun şərtlərdə saxladığınız krem və ya losyonları açdıqda isə ən gec sonrakı il istifadə etməlisiniz. İstilikdə təsirləri azalacağı üçün məhsulları avtomobildə və ya günəş altında olan çimərlik çantasında saxlamayın: “Günəş altında edilən səhvlərdən biri də dəri bürüncləşdikdən sonra məhsuldan istifadə etməməkdir.  Bir başqa əhəmiyyətli səhv də tünd bədən rəngi olanların krem sürtməməsidir. Tünd bədənli insanlarda dəri xərçəngi daha az müşahidə edilsə də, yenə də qoruyucu məhsullar çəkilməlidir. Çünki tünd bədən günəş yanığının qarşısını almır və xroniki olaraq şüaların təsiri dərini köhnəldir və yaşlanma müddətini sürətləndirir”.

 

Papaq və eynəyi unutmayın

Dəri yaşlanması və dəri xərçəngində bütün il boyu və gündüz saatlarında davamlı məruz qaldığınız ultrabənövşəyi A şüasının payı daha çox olur. Ultrabənövşəyi B şüası isə dəriyə yay dövründə və xüsusilə də 10.00-16.00 saatları arasında təsir edir. Günəş qoruyuculardakı SPF nisbəti ultrabənövşəyi B şüasına “himayədarlıq” edir. Bu səbəbdən də kremin üzərində UVA qoruyuculuğu olub-olmamasına baxmaq lazımdır. Heç bir günəş qoruyucu ultrabənövşəyi şüaların bütün dalğa boylarını blok edərək, yüz faiz qoruma təmin etmir. Bu səbəbdə də günəşli günlərdə qoruyucu geyimlər, şpapaq və eynək, pəncərə qoruyucuları kimi əlavə vasitələr çox əhəmiyyətlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir