biber salati

Közlənmiş qırmızı bibər salatı – RESEPT

Baxış sayı: 1. 681

Yay fəsli daha çox dəniz mövsümü olduğundan yayda insanları həm dənizdə istirahət edərkən ideal çəkidə olmaq məsələsi düşündürür. Bunun üçün isə düzgün qidalanma əsas şərtlərdəndir. Bu baxımdan  bibər salatı arıqlamaq istəyənlər üçün çox effektlidir. Bunu nəzərə alan “Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında bibər salatının reseptini təqdim edir:

 

Ərzaqlar:

Közlənmiş qırmızı bibər

Qatıq

2 diş sarımsaq

Duz

Üstü üçün:

2 qaşıq bitki yağı

İstiot

Hazırlanması:

Közlənmiş qırmızı bibərləri boşqaba qoyun. Qatığın içinə sarımsağı sürtgəcdən keçirib duzunu da əlavə edib yaxşıca qarışdırın. Közlənmiş istiotu üzərinə tökün. Bitki yağı ilə istiotu qarışdırıb salatın üzərinə əlavə edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir