mektub

Atanın qızına məktubu: “Heç kim sənə heç nə borclu deyil”

Baxış sayı: 1. 944

“Gencaile.az” doğum günü balaca qızına atasının yazdığı məktubun mətnini təqdim edir. Bu məktub çox şeyi dərk etməyə kömək edəcək.

 

“Tezliklə ad günündü və mənim yenə problemim var – sənə nə hədiyyə edim bilmirəm. Bilirəm ki, maraqlı kitablar, oyuncaqlar, geyimlər xoşuna gələr.

Ancaq mən eqoistəm. Sənə elə bir şey hədiyyə emək istəyirəm ki, daimi, qalıcı bir şey olsun, aylarla, ya illərlə. Elə bir şey ki, hər ad günündə sənə məni xatırlatsın.

Və deyəsən, bilirəm sənə nə hədiyyə edim. Mənim də gec anladığım adi bir həqiqət. Əgər sən onu indi başa düşsən, bu, sənin həyatını dəfələrlə yaxşılaşdıracaq. Və bu həqiqəti heç vaxt eşitməyən insanlar kimi problemlərə ilişib qalmayacaqsan.

 

Bu, çox sadədir: HEÇ KİM SƏNƏ HEÇ NƏ BORCLU DEYİL

 

Bunun mənası nədir?

Ümumiyyətlə, bu cür sadə bir xəbərdarlıq necə vacib bir şey ola bilər ki?! Ola bilsin bu sənə o qədər də ciddi görünməsin, ancaq bu xəbərdarlıq sənin həyatını xilas edəcək. Heç kim sənin üçün yaşamır, qızım mənim. Çünki sən elə özünsən – başqa heç kim. Hər kəs özü üçün yaşayır, sadəcə öz xoşbəxtliyinə görə. Və bunu nə qədər tez anlasan, bir o qədər də tez “kimsə məni xoşbəxt edəcək” gözləntisindən xilas ola biləcəksən.

Kiminsə səni sevməsi şərt deyil. Əgər kimsə səni sevirsə, deməli, səndə onu xoşbəxt edən xüsusi nəsə var. Və başa düşməyə çalış ki, səni sevənlər çox olsun deyə, bu xüsusiyyətini qoruyub saxlamalısan. Əgər kimsə sənin üçün nəsə edirsə, deməli, onlar belə istəyir. Deməli, sən hansısa səbəbdən onlar üçün. Sənə nəyisə borclu olduqları üçün yox.

Bu o deməkdir ki,  kimsə sənə hörmət etməli deyil. Bir çox insan sənə qarşı xoşrəftar olmayacaq. Əgər anlasan ki, hər insan səninlə mehriban olmağa məcbur deyil, o zaman səni yaralaya biləcək mövzulardan, vəziyyətlərdən qaçmağı bacaraqsan. Və sən özün də öz növbəndə heç kimə heç nə borclu deyilsən.

 

Öz Həyatını yaşa
Sən yalnız özün üçün yaxşı olmağa çalışmalısan. Bu halda digərləri də sənə mane olmaq, səni dəstəkləmək və lazım olanları səninlə bölüşmək istəyəcək.

Kimsə də səninlə olmaq istəməyəcək, bunun səbəbi də sən deyilsən. Və əgər bu, baş verərsə, istədiyin münasibətləri qurmağa çalış. Qoy, özgənin problemi səninki olmasın.

Anlasan ki, sevgi və hörməti qazanmaq lazımdır, heç vaxt imkansızı gözləməyəcək və sonunda məyus olmayacaqsan. Başqaları səninlə nə öz düşüncələrini, nə də hisslərini bölüşmək məcburiyyətində deyil. Əgər onlar bunu edirsə, demək sən buna layiqsən.

Qazandığın sevgi, dost sevgisi və hörmətlə qürur duymağa da haqqın var. Ancaq bunlara “elə belə də olmaldır” deyə sahiblənmə, çünki çox asanlıqla itirə bilərsən. Onlar sənin deyil, qazanmaq lazımdır.

 

Mənim təcrübəm

Anlayanda ki, heç kim mənə heç nə borclu deyil sanki çiynimdən ağır yük götürdülər.

Heç kim elə belə məni sevməyə, mənimlə dostluq etməyə, mənə hörmət etməyə və hətta məni qısqanmağa borclu deyil. Bunu bildikdən sonra mən istədiyim insanlarla birlikdə olmağı, istədiyim işləri görməyi öyrəndim.

Bu anlayış mənə biznes sahəsində də yaxşı dostluq və potensial müştərilər qazandırdı. Öyrəndim ki, istədiyim şeyə digər şəxsə çatmağı bacaranda nail ola bilərəm. Gərək onun nə hiss etdiyini, onun üçün nəyin vacib olduğunu, nəyi istədiyini anlayım. Onda  anlayacam ki, mən bu insanla əlaqə yaratmaq istəyirəm, ya yox.

Bir-iki cümlədə bu illər ərzində nələri anladığımı izah etmək çətindir. Ancaq inanıram ki, hər ad günündə bu məktubu oxuduğunda mahiyyəti sənə aydın olacaq.

Ümid edirəm ki, elə belə də olacaq. Çünki bu, sənin tez anlamalı olduğun bir şeydir: heç kim sənə heç nə borclu deyil!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir