usaq

Uşaqlar üçün nəzərdə tutulan kosmetika zərərlidirmi?

Baxış sayı: 1. 953

Hər bir qadın uşaqlıqda anasının bəzək stoluna doğru necə dartındığını yaxşı xatırlayır. Bütün bu kiçik şüşə qablar və flakonlar bizi  mütləq onlardan istifadə etməyə səsləyirdi ki, özümüzü  azacıq da olsa, böyük kimi hiss edək.  Bu gün mağazalarda kifayət qədər geniş çeşiddə  uşaq kosmetikası təklif olunur: dırnaq lakları, pudra, pomada, ənlik və bir çox başqa şeylər, bir sözlə, eynilə böyüklər üçün olduğu kimi.

Ancaq sirr də deyil ki, analar bir sual qarşısında qalırlar: bunlar uşağın sağlamlığına ziyan vura bilməz ki?

Bu, bir yandan yaxşıdır ki, uşaqlar böyüklərin uşaq dərisi üçün aqressiv olan kosmetikasına can atmırlar, çünki artıq öz kosmetikaları var.  Həm də bu yolla uşaqlar kiçik yaşlarından özlərinə qulluq etməyə alışırlar. Digər tərəfdən isə uşaqların belə «oyuncaqlardlan» hədsiz və düşünülməmiş şəkildə istifadə etməsi riski böyükdür.

Buna görə də analar uşaqlarının kosmetikadan necə istifadə etmələrini nəzarət altında saxlamalıdırlar. Axı uşaqlarda ölçü hissi inkişaf etməmişdir, onlar istənilən məhsulu dərilərinə məhdudiyyətsiz çəkə bilərlər ki, bu da onlara ziyan vura bilər. Bundan əlavə, uşaqların hər şeyi ağızlarına dartmaq vərdişləri də çox ağır nəticələr verə bilər.

Kosmetikadan hətta az miqdarda istifadə etdikdə də onun ziyanı məsələsi isə  həmin məhsulun keyfiyyətindən asılıdır. Gizli deyil ki,  bu gün mağazaların vitrinlərində keyfiyyətsiz və daha da pis – vaxtı keçmiş məhsullar çoxdur. Bu gün dəyərli məhsul seçimində səhvə yol verməmək çətindir.  Uşaq kosmetikasını apteklərdən almaq daha yaxşı olar, çünki burada təbii komponentlərdən hazırlanmış, tərkibində kimyəvi maddələr az olan məhsullara üstünlük verilir. Əlbəttə ki,  burada xəsislik etməmək və məşhur, artıq özünü tanıtmış brendlərə üstünlük vermək lazımdır. Belə kosmetikanın üzərində həmişə bütün kliniki sınaqları haqqında məlumat əks olunur.

Nəzərə almaq lazımdır ki, uşaq allergiyaya meyillidirsə, uşaq komsetikasının tərkibi nə qədər təbii məhsullardan hazırlanmış olsa da, onu almağa tələsmək lazım deyil.

Əlbəttə, imkan daxilində, dekorativ uşaq kosmetikasından istifadə etməyə gec başlamaq lazımdır.

Bunun üçün ən yaxşı vaxt  altı yaşdır, bu zaman balaca gözəl çox şeyi başa düşməyə başlayır və anasının məsləhətlərinə qulaq asır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir