Ana olmaq çox gözəl hissdir. Bəs oğlan övladına sahib olmağın gözəl cəhətləri nələrdir? Sizin üçün bunları qeyd etdik.
Kiçik də olsa bir kişinin ilk məhəbbəti olacaqsınız.
Qalstuk, pencək geyinən kiçik bir adam yaradacaq, həyat yoldaşınıza geyindirə bilmədiyiniz zövqlü geyimləri ona geyindirə biləcəksiniz.
Ən sevdiyiniz kişinin miniatür bir kopyası hər an yanınızda olacaq.
Onun arxasınca qaçıb, tökdüklərini yığmaq onsuz da uzun çəkəcəyi üçün əlavə diet və idmana ehtiyac qalmayacaq.
Həyat yoldaşınızdan daha çox sevə biləcəyiniz başqa bir kişinin olmadığını düşündüyünüz halda, əksini ispat edəcək kiçik bir şahzadəyə vurulacaqsınız.
Maşınlar haqqında çoxlu məlumata sahib olacaq, indiyədək heç eşitmədiyiniz şeyləri belə öyrənəcəksiniz.
Sizin ən yaxın dostunuz, sirdaşınız, dərd ortağınız olacaq.
Futbol və topa artıq əvvəlki qədər nifrət etməyəcəksiniz.
“Sən kişi söhbətindən anlamazsan” sözü daha sizin üçün keçərli olmayacaq.
Özünüzdən asılı olmadan artıq kişilərin dünyasına daxil olacaqsınız.