tezyiq

Doğru bildiyimiz tibbi yanlışlar

Baxış sayı: 1. 725

Bu günə qədər insan sağlamlığı ilə bağlı bildiyimiz, daha doğrusu, bildiyimizi zənn etdiyimiz bəzi gerçəklər əslində yalan imiş. Daaha doğrusu, reallıq payı az imiş.

“Gencaile.az” Türkiyənin tibb saytlarına istinad edərək, gerçək sandığımız bu yalanları sizing üçün sıralayır.

1.Gecə gec saatlarda yemək yemək çəki artımına səbəb olur – Əslində isə əgər siz gün ərzində yediyiniz yeməklərlə bənzər kalorilərdə və növdə yemək yeyirsinizsə, çəkiniz artmaz. Amma xırda-xuruş yeməklərlə qarnınızı doyuzdurmağa çalışsanız, təbii ki, çəki alacaqsınız.
2. Burun qanamasını dayandırmaq üçün başınızı geri atmalısınız – Reallıq isə budur ki, bunun tərsini etməlisiniz. Burun qanayanda başı qabağa doğru əyməli və qanın fışqırmasının qarşısını almaq üçün burun kəmərlərindən xəfifcə basdırmalısınız. Bu zaman da ağzınızdan nəfəs almalısınız.

Картинки по запросу Gecə gec saatlarda yemək yemək

3. Bəzi yeməklər cinsi arzunu artırır – Qidalar sizə güclü cinsi arzu hiss etdirəcək qədər fiziki reaksiyaya səbəb olmazlar. Sadəcə psixoloji xatırladıcı funksiyası ola bilər.

Картинки по запросу он и она страсть

4. Lezviyadan istifadə etmək tüklərin daha qalın çıxmasına səbəb olur – lezviyadan istifadə edən zaman tükü müəyyən bucaq altında kəsirsiniz. Bu səbəbdən daha qalın görünə bilər, amma qalınlaşmaz.

Картинки по запросу лезвия для станка

5. İlıq süd daha rahat yatmanıza səbəb ola bilər – Doğrudur, südün tərkibində serotonin ifraz edən triptofan amino asitin mövcuddur. Bu da daha yaxşı bir yuxu gözləntisi yaradır. Amma bu mövzu ilə bağlı əldə yetərli qədər sübut yoxdur.

Картинки по запросу Süd içmək

6. Toksinlərinizi tərlə ata bilərsiniz – Tər su, sodium, xlor və potasiumdan ibarətdir. Tərlə bədəndən ancaq kiçik miqdarda toksin ata bilərsiniz.

Похожее изображение

7. Yaş saçla bayıra çıxsanız, xəstə olarsınız – Xəstələnməyinizin tək səbəbi yaş saçlar ola bilməz. Əgər qripə yoluxursuzsa, bu, o deməkdir ki, virusa yoluxmusunuz.

Картинки по запросу ıslak saç

8. Sadəcə beş duyumunuz var – Beş duyumumuzdan əlavə, bir çox duyumumuz var. Bunlardan biri de ‘equilibrioception’, yəni, müvazinətdir.

Картинки по запросу equilibrioception

9. Yaranı gecə açıq qoymaq ən doğrusudur – Açıq yaranı gecə hava alsın deyə açıq tutmaq onu quru atmosferlə təmasda saxlayaraq, hüeyrə ölümünə səbəb ola bilər.

Картинки по запросу yara qanayır

10. Asqırdığınız zaman ürəyiniz bir saniyəlik də olsa dayanır – Ürəyinizin atış sürəti gülərkən və öskürərkən də yavaşlaya bilər.

Картинки по запросу asqırmaq

11. Qızdırmanız yoxdursa, xəstəlik yoluxucu deyil – Qızdırmanın qalxması xəstə olmanızın və ya bunun yoluxucu olmasının etibarlı sübutlarından biridir. Amma qızdırma olmadan da xəstəliyinizi yoluxucu vəziyyətə gətirən bir çox şey var.

Картинки по запросу Qızdırmanın qalxması

12. Udulan saqqız mədəyə yapışır – Xeyr, yapışmaz. Bədəninizdəki digər şeylər kimi bir-iki gün ərzində o da kənarlaşır.

Картинки по запросу chewing gum benefits

13. Oyanmaq üçün soyuq bir duş vacibdir – Əslində isə duş almaq enerji verə bilər. Amma bu qan axınındakı artımı və əgər varsa qandakı alkoqolun miqdarını azaltmaqdan başqa bir işə yaramaz.

Картинки по запросу soyuq bir duş

14. Beyin gücümüzün yalnızca 10 faizindən istifadə edirik – Biz beyin gücümüzün hamısından istifadə edirik.

 

15. Sarı dişlər gigiyena kifayətsizliyinin göstəricisidir – Rəng dəyişikliyi çox yaxşı baxılan dişlərdə də meydana gələ bilər. Uşaq vaxtı keçirdiyimiz qızdırma, 8 yaşından öncə ‘antibiotik tetrasiklin’dən istifadə etmək kimi bir çox səbəblər saya bilərik. Bu məsələdə genlər də öz sözünü deyir.

Картинки по запросу Sarı dişlər

16. Oksigensiz qalanda qanınız mavi rəngdə olur.

İnsan qanı damarın içində də, xaricində də qırmızıdır. Damarlarınız dərinizdə əks olunanda mavi görünə bilər, amma içindəki qan qırmızı rəngdədir.

17. Oksigenli su yaranı təmizləyir – Əslində isə oksigenli su bakteryaları öldürərək yaranı daha pis hala gətirə bilər. Yaranı sabun və su ilə yuyun.

18. Stres yüksək təzyiqin basilica səbəbidir – Xroniki yüksək təzyiq daha çox qidalanma, idman və siqaretlə bağlıdır. Təbii ki, xroniki stress də ürəyiniz üçün zərərli ola biləcəyindən daim stresə məruz qalırsınızsa, buna bir çıxış yolu tapmalısınız.

Картинки по запросу yüksək təzyiq

19. Çəki almanızın səbəbi metabolizmanızın yavaş olmasıdır.

Metabolizma və çəki arasında əskiksiz bir münasibət yoxdur. Həqiqət budur ki, çox arıq insanlar əsasən yavaş metabolizmaya sahibdir. Çünki kalori yanhdırmaq üçün daha az əzələ kütləsinə sahibdir.

20. Qızdırmanız olanda yemək yeməməlisiniz – Belə etsəniz, bədənin temperature lazımi qədər enerjisi olmadan mübarizə aparmasına yol açmış olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir