KISI

Kişilərin 7 böyük qorxusu

Baxış sayı: 1. 548
Onlar cazibədar, yaraşıqlı və güclüdür. Qadınları maraqlandıracaq qədər bacarıqlıdırlar. Belə halda kişilər nədən qorxurlar ki?

Cavabı sizi çaşdırmasın
Bəzi zamanlar kökəldim və ya artıq çirkinləşdim deyə kişilər mənə baxmırlar deyə narahat oldunuzmu? İnanın ki, sizin belə həyəcanlarınızın olduğu kimi kişilərin də bir neçə rahatsız olduğu hallar vardır.

Kişilərin qorxduqları 7 şey... 

 

Keçəl qalma qorxusu

Bruse Üillis, Sean Connery bir çox qadın tərəfindən cazibədar qəbul edilsələr də ikisininin də ən böyük qorxusu keçəl olmalarıdır. Həkimlər artıq kişilərin çoxunun 20 yaşından sonra saçlarının tökülməsinin qaçılmaz olduğunu qeyd etmişlər. Bunun səbəbini kişilərdə testesteron səviyyəsinin yüksək olması ilə bağlayırlar. Əgər sizin sevdiyiniz kişidə belə bir problem varsa, diqqətli olun ki, bu mövzuda onu yaralamayın, deyin ki, siz onun saçının bu halını daha çox bəyənirsiniz. smile

 

Pul qazana bilməmək qorxusu

Hər bir qadın kişisinin bacarıqlı, xarakterli, güclü olmasını istər. Pul məsələsində məlumdur ki, kişilər qadınlardan daha çox qazanclı olmağa can atarlar. Xanımlarının onlardan daha çox pul qazanmasından narahat olarlar. Əgər belə bir hal varsa, pulun sizin üçün önəmli olmadığını, onun daxili xasiyyətini sevdiyinizi dilə gətirin.

 

Kiçiklik qorxusu

Sirr olmadığı kimi kişilər cinsi orqanlarının boyuna xüsusi əhəmiyyət verirlər. Qadınların bu incə məsələdə kişilərə dəstək olmasının onların psixologiyasına müsbət təsiri olur. Qadınlar həyat yoldaşlarına onlarla bərabər olarkən “Çox gözəl bədənin var, bəyənirəm” deyə bilərsiniz. Əsla cinsi orqan barədə bir fikir yürütməyin.

 

Rəddedilmə qorxusu

Kişilərin qəribə xarakterləri olur. Bəziləri sırf rədd edilmə qorxusundan bəyəndiyi qadına yaxınlaşmazlar. Özlərində əksikliklər hiss edən kişilər qarşı cinsə yaxınlaşmağa cəsarət etmirlər. Belə hallarda qadın da kişidən xoşlanıbsa, ona yaxınlaşması üçün yardım etməlidir. Ona bəyəndiyinizi bildirən siqnallar ötürməlisiniz. fellow

 

Çox tüklü olmaq

Tutaq ki, tətildəsiniz və bir neçə gündür gördüyünüz çox yaraşıqlı bir kişi ilə indi də çimərlikdə rastlaşdınız. Köynəyini çıxartdıqda onun bədəninin qorilla bədəni kimi tüklü  olduğunu görürsünüz. Artıq belə durumda onu bəyənməyə davam edib-etməyəcəyinizə siz qərar verirsiniz. Amma bəzi qadınlar belə tüklü kişilərdən xoşlandığı halda bəziləri nifrət edirlər. Əgər onun bu halından məmnunsunuzsa, tanış olmağa davam edə bilərsiniz.

 

Ailənizlə tanış olma qorxusu

Kişilərə görə sizin ailəniz sizə sahib olan, sizin həyatınız haqqında qərar verən hakim insanlardır. Bu səbədən ailənizlə tanış olmaq söhbəti meydana çıxdıqda bir səbəb tapıb uzadırlar. Belə halda ailənizin ona inandığını və tanışlığa gələrsə, daha çox sevinəcəklərini söyləyin.

 

Bağlanma qorxusu

Bir kişi üçün öz-özünü kontrol etməsi çox mühümdür. Və bir kişi bir qadına təmamilə aşiq olduqda “Tanrım, kontrolumu itirdim, gücsüzləşdim” deyə düşünür. Hissləri o qədər coşqulu olur ki, həyatının tək mənasını sizi xoşbəxt etməkdə görür. Sizi itirməkdən də qorxar. Belə halda O, sizə “Sənə olan məhəbbətim məni də qorxutmaya başladı” deyə bilər. Sizin cavablarınızdan çox şey asılıdır. Məsələn, ona belə deyin. “Əzizim, bu hisslərin çox normaldır. Mənə qorxularını etiraf etdiyin üçün çox cəsursan.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir