sevgi

İlk qarşılaşma, ilk gülüş, ilk öpüş…- SEVGİNİN UNUDULMAZ ANLARI

Baxış sayı: 1. 496

Sevgi hissi dünyadaki bütün hisslərin ən ülvisidir. “Gencaile.az” “Ailem.az”-a istinadən sevgi yaşayan zaman hafizənizdən heç vaxt pozulmayacaq beş özəl anı diqqətinizə çatdırır.

 

Ağılınızı başınızdan alan ilk gülüş

Birinə aşiq olduqda həyatımız demək olar ki, yaxşı mənada tamamilə dəyişir. Onu ilk gördüyümüz anda gülümsəməsi isə heç vaxt yadımızdan çıxmır. Həmişə xatırlayırıq ki, ona baxdığımızda  gözləri necə parlayırdı və sanki dunyanı yandıracaq. Bu, unudulmaz bir şeydir, bəlkə də zehnimizə qazdığımız ən gözəl andır.

 

Dünyadakı yeganə insan 

Bu, çox adi bir anda baş verə bilər. Nəsə olur və birdən kimisə həyatında ən əhəmiyyətli şəxs kimi hiss edirsən. Heç kim səni maraqlandırmır. Hətta həmin şəxsi dünyadakı yeganə insan kimi hiss edirsən. Bəli, bu insanın həyatındakı ən əhəmiyyətli anlarından biri halına gəlir.

 

İlk öpüş

İlk öpüş anı həmişə maraqlı və təsvirəgəlməz hisslərlə dolu olur …  Bir anlıq dünyanın dayandığını hiss edirsən. Həyat birdən tamamilə gözəlləşir. Hər şeyi unuda bilərsiniz, amma ilk öpüşünüzü heç vaxt unuda bilməzsiniz

 

İlk qarşılaşma

İlk qarşılaşma çox həssas olur. Bu, elə bir andır  ki, ağzından çıxan sözləri diqqətli seçirsən, özünü ifadə edə bilmək üçün əlindən gələni etməyə çalışırsan… Sizin üçün bu an onun üzündəki ifadədən, üzərindəki köynəyin rənginə qədər hər şeyi xatırladığınız bir ana çevrilər.

 

Özünüzü tükənmiş hesab etdiyiniz an…

Bəzən özünüzü tükənmiş hesab edirsiniz. Elə bilirsiniz ki, daha ayağa qalxa bilməyəcəksiniz. Ancaq birdən biri gəlir və sizi müdafiə edir, sizin yerinizə çətinliklərlə döyüşür və sizə güc verir. Bu an da sizin üçün dünyadaki ən unudulmaz anlardan biri olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir