Sağlam və gümrah görünmək arzusu insanları pəhriz saxlamağa məcbur edir. Lakin pəhriz saxlayan insanlar çox çalışsalar da istədikləri çəkini əldə edə bilmirlər.
“Gencaile.az” Britaniya mətbuatına istinadən çəki atmağın qarşısını alan vərdişləri təqdim edir.
1. Şəkəri azaldın
Şəkərdən çoxlu istifadə çəkini azaltmağa təsir edən əsas amillərdəndir. Bədən artıq qəbul etdiyi şəkəri yağ hüceyrəsi olaraq saxlayır.
2. Hərəkət edin
Həmişə idman hərəkətləri etməyiniz lazımdır. Bunun üçün pilləkənləri çıxmaq, işə velosipedlə getmək və ya avtomobili gedəcəyiniz yerdən uzaqda saxlamaqla sadə tədbirlər görə bilərsiniz. Maddələr mübadiləsini sürətləndirmək üçün bu tədbirlər vacibdir.
3. Qidaları yaxşı çeynəyin
İnsanların 60 faizi yeməyi 5 dəqiqə ərzində yeyir və ya televizora baxarkən diqqət başqa yerdə olduğuna görə, qidaları kifayət qədər çeynənmədən udur. Yaxşı həzm olunmayan qidalar iştaha nəzarət edən hormonların passiv fəaliyyət göstərməsinə səbəb olur.
4. Faydalı da olsa, bəzi qidalardan daha az istifadə edin
Pəhrizdə olarkən quru yemiş və paxlalı kimi qidalar çox kalorili olduğuna görə sizi çəki atmanıza mane olur. Qoz, badam və fındıq kimi qidaları ara vaxtlarda az miqdardə qəbul edərək həm pəhrizinizi qoruya bilərsiniz, həm də vücudunuza lazım olan qida elementlərini ala bilərsiniz.
5. Kifayət qədər yuxu
Mütəxəssislər pəhriz zamanı kifayət qədər yatmağın əhəmiyyət daşıdığını vurğulayıblar.
Yuxusuzluq vücudun karbohidrata və şəkərə olan ehtiyacının artırır. Yuxunuzu daha yaxşı almaq üçün bir proqram tərtib edin və buna sadiq qalın.
6. Stressdən uzaq olun
İnsanların gərgin iş rejimi və gündəlik həyatda qarşılaşdıqları problemlər üzündən stress keçirmələri, pəhriz saxlayan insanların müsbət nəticələr əldə etməsinə mane olan bir başqa amildir.Vücudunuz stressdə olduğu zaman ifraz etdiyi hormonlar sizi şəkər almağa sürükləyə bilər. Yoga kimi sakitləşdirici təsiri olan fəaliyyətlərdən istifadə etməyə çalışın. Banan yeyərək stressli vaxtlarda qan şəkərinizi tənzimləyə bilərsiniz.